Page 252 - Islamic Studies 03
P. 252
Regionda vəhdətin önəmi/ (251
birliyinin iki əsas toplumu olan şiə və sünnə əhli arasında
qardaşlığın təminatçısıdır. Şiə və sünnə əhli cəmiyyətlərində
vəhdət düşüncəsinin köklü şəkildə yer alması üçün zəruri
addımlar atılmalıdır. Vəhdət həftəsi sadə bir mövzu deyil və
mütəxəssislər bu mövzunun cəmiyyətə transformasiyasında öz
işini görməlidir.
Böyük Rəhbər Ayətullah Xamenei vəhdəti fəlsəfəsi ilə bağlı
buyurur: “Bizim ideoloji, etiqadi, ictimai və elmi
baxışlarımızın bünövrəsi olan tövhid vəhdətdədir. Şirk
üzərində qurulmuş cəmiyyətdə insanlar arasında fərqlər
yaranır. Tövhid cəmiyyətində yaranışın başlanğıcı, varlıq,
dünyaya müdiriyyət bir Allahın ixtiyarındadır. Varlıq aləmində
baş verən bütün hadisələr Onun iradəsindən asılıdır. Tövhid
cəmiyyətində insanlar təkbəktək Allaha bağlandığından onlar
arasında rabitə mövcuddur. Onlar eyni bir mənbədən yardım
alırlar. Vilayətin də mənası budur. Vilayət deyəndə sıx rabitə,
qırılmaz bağlar nəzərdə tutulur. İslam cəmiyyətində vilayət
mövcuddur. Yəni bu cəmiyyətin bütün üzvləri eyni bir
mərkəzə bağlıdır…”
Əsl vəhdət dərin və büdrəmələrdən uzaq baxışa ehtiyaclıdır.
Bunun üçün mərifət lazımdır. Şiə və sünnə əhli arasında
vəhdət ruhiyyəsinin hakim olması üçün bu toplumlarda
prinsipial islahatlar aparılmalıdır. Hər iki cəmiyyətdə vəhdətə
mane olan amillər var və bu amillər arasında vəhabi təfəkkürü
əsas yer tutur.
Müsəlmanlar arasında vəhdət üçün ən məqbul amil bir Allah,
bir Peyğəmbər və bir kitaba etiqaddır. Həzrət Peyğəmbərin (s)