Page 250 - Islamic Studies 03
P. 250
Regionda vəhdətin önəmi/ (249
və şərtlərinin hər biri; namazın rüknləri, təkbir, niyyət, qiraət,
ruku, səcdələr, təşəhhüd, salam kimi və şərtləri; təharət, qiblə
və s. kimi, eləcə də birbaşa Quran ayələri, yaxud Peyğəmbərin
(s) mütəvatir hədislərinin bəyan etdiyi bütün hökmlər və İslam
fiqhinin sair vacbiləri birlikdə İslam fiqhinin müştərəkliyidir;
İslam məzhəblərinin bütün fəqihləri onlarda yekdil nəzərə
sahibdirlər (1).
Odur ki, İslam alimlərinin bir-biriləri arasında vəhdət və
konvergensiyanı gücləndirmək sahəsində bütün lazımi
potensiallardan faydalanmaları vacibdir. Təkfirçi cərəyanlara
qarşı müsəlman alimlərinin birliyi məqsədilə, keçən il
Ayətullah Məkarim Şirazinin rəhbərliyi altında “İslam
alimlərinin görüşlərində ekstremist və təkfirçi cərəyanlar” adlı
dünya konqresinin təşkili önəmli bir addım idi ki, öz
növbəsində İslam ümmətinin vəhdətini güclənməsinə səbəb
oldu, habelə İslam məzhəblərinin alimləri arasında qarşılıqlı
münasibətlərin mümkün qədər yüksəlməsinə zəmin yaratdı.