Page 251 - Islamic Studies 03
P. 251
250) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Vəhdət zərurətdir!
Müsəlmanlar arasında vəhdət İslamın mühüm
mövzularındandır. İran İslam İnqilabının qələbəsindən sonra
müsəlmanların vəhdəti yolunda ciddi addımlar atıldı. Vəhdət
strateji bir məsələ idi. İnqilabın ümumbəşəri mahiyyətinin
təyinində vəhdət prinsipial mövzulardan idi. İmam Xomeyni
(r) şah rejiminin süqutu və İslam Hökumətinin təsisindən sonra
İslam briliyi bayrağı qaldırıb ictimai sistemdə qlobal
islahatlara başladı. İslam hərəkatının ən səmərəli tövhələrindən
biri vəhdət həftəsi oldu. Bu islahat təkcə İran yox, bütün İslam
dünyası üçün həyati məsələ idi. Vəhdət həftəsi günlərini
yaşayırıq və bu günləri əhəmiyyətli sayıb İslam birliyi üçün
çalışmağımız zəruridir.
Vəhdət həftəsi İslam birliyi yolunda çalışanlar, o cümlədən
imam Xomeyninin (r) əziz xatirəsinin yada salınması üçün
mühüm fürsətdir. Bu günlər həm də İslam birliyi kimi
müqəddəs hədəfin riallaşmasında əhəmiyyət daşıyır. Bu kiçik
məqalədə vəhdət həftəsinin mahiyyətini nəzərdən keçirəcək,
bu birliyə mane olan amillərə nəzər salacağıq.
Şübhəsiz ki, kütləvi informasiya vasitələrinin vəhdət həftəsinin
işıqlandırılmasında ağır məsuliyyəti var. Xüsusilə televiziya
insanların vəhdət həftəsi ilə tanışlığında dəyərli işlər görə bilər.
Vəhdət həftəsinə əhəmiyyət vermək, onun cəmiyyətdə
yaşanması və dünyaya yayılması yolunda təlaş göstərmək
İslam hökumətinin prinsipial siyasətlərindəndir. Mətbuat da bu
işdə öz missiyasını yerinə yetirməlidir. Vəhdət həftəsi İslam