Page 309 - Islamic Studies 03
P. 309

308) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



            5. Humanizm.

            Şərq mədəniyyətinin bəzi xüsusiyyətləri:
            1. Tövhid mərkəzlilik;
            2. Ruhun əsas götürülməsi;
                                                              1
            3. Millətçilik, yerlibazlıq, qəbiləpərəstlik.



               Sivilizasiyaların  toqquşması  nədir  və  mədəniyyətlərarası
               müharibənin tarixi
                   İlk  insanın  –  Adəm  (ə)  və  onun  həyat  yoldaşının,
            yarandıqları  gündən,  onları  və  onların  nəslindən  gələn  Adəm
            övladını  hər  vasitə  ilə  olur-olsun  doğru  yoldan  çıxarmağa  and
            içmiş Şeytan kimi xəbis düşməni var. Allah Təala onlara – "Bir-
                                                             2
            birinizə düşmən olaraq yerə enin" dedik"  – deyə buyurur. Bu
            Quran  ayəsinə  əsasən,  insanla  Şeytan  arasındakı  haqq-batil
            müharibəsi elə insanın yarandığı ilk gündən başalyıb.
                   Şeytan və onun insanlardan olan züriyyəsi, düşmən olaraq
            heç zaman qəflətdə olmayıb, bir an da olsun öz vəzifəsini yerinə
            yetirməkdən yorulub usanmayıb. O, əsrlərlə topladığı təcrübələr
            sayəsində  öz  düşməninə  haradan  və  necə  zərbə  vurmağın
            yollarını  yaxşı  bildiyi  üçün,  hər  dövrün  özünəməxsus  fitnə
            planlarını  da  işləyib    hazırlayıb.  Bu  açıq-aşkar  düşmən,  öz
            hədələrinə  yetişmək  üçün  bəzən  silahlı,  bəzən  və  əksərən  isə
            soyuq müharibə planlarını həyata keçirib.
                   Tarixə baxsaq görərik ki, mədəniyyətlər arası müharibələr
            daim  olmuşdur.  İstər  İsa  Məsihin  ilahi  təliminin  şirk  ayininə



               1 Pəriçöhr İbrahimi, "Təəmmoli bər fərhəng, təfavote fərhəng şərq və ğərb"
               ("Mədəniyyət haqqında bir düşüncə, Şərq və Qərb mədəniyyətinin fərqi")  رهچيرپ


                برغ و قرش گنهرف توافت ،گنهرف رب یلمأت،یميهاربا
               2 Bəqərə 36
   304   305   306   307   308   309   310   311   312   313   314