Page 319 - Islamic Studies 03
P. 319

318) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



            edən  valideyn  özü,  onun  saatlarla  müxtəlif  cizgi  filmlərinə
            baxmasına  şərait  yaradır.  Hətta  övladının  bu  halına  şükür  edir.
            Halbuki elə məhz bu cizgi filmləri övladının gələcək düşüncəsini,
            həyatını  formalaşdırır,  onun  dinsiz,  asi,  ipə-sapa  yatmayan,
            ailəsindən qopuq şəkildə formalaşmasına ən gizlin və "mehriban"
            köməkçi  olur.    Düşüncəyə  yeridilmiş  əqidələr  insanı  o  qədər
            dəyişə  bilir  ki,  onun  zahiri  siması  belə  öz  millətindən  çox,
            düşüncəsini daşıdığı millətin simasına bənzəyir. Əgər biz diqqət
            etsək  cəmiyyətlərdə  bir  çox  belə  insanların  varlığına  şahid  ola
            bilərik.


               İqtisadi hücumlar
               İqtisadiyyata  qarşı  olan  hücumlar  ölkələri  uzunmüddətli
            böhrana  sürükləyir.  Düşmən,  ölkələrə  qarşı  sanksiya  tətbiq
            etməklə, embarqo qoymaqla, dünya birjalarında ABD dollarının
            və  avronun  dəyər  qazanması  sayəsində  süni  infilyasiya
            yaratmaqla ölkələrin iqtisadi təməllərini ciddi sarsıntılara məruz
            qoya  bilir.  Hədəfə  alınan  ölkələr,  təbii  ehtiyatlar  baxımından
            zəngin  və  ehtiyacsız  olsa  da,  onlar  idxala  vadar  edilir,  yerli
            istehsalın qarşısında maneələr yaradılır.
               Bundan başqa düşmən, müxtəlif ölkələri kredit borcları almağa
            vadar  etməklə  onları  özlərindən  iqtisadi  cəhətdən  asılı  hala
            gətirirlər.  Əhali  arasında,  onların  gəlirlərinin  qarşılaya
            bilməyəcəyi  qədər  istehlak  təlbi  yaratmaqla,  süni  marketinq
            hiylələri  ilə,  insanlar  borc  tələlərinə  salınır.  Banklar,  müxtəlif
            kredit  təşkilatları  bu  işdə  aparıcı  rol  oynayır.  Bununla  yanaşı
            yüksək faizlə borc verən lombardlar və riba ilə məşğul olan fiziki
            şəxslər də ağır iqtisadi vəziyyətdə olan əhalini iqtisadi çəhətdən
            çöküşünü  sürətləndirir.  Belə  ki  hazırda,  banklara,  kredit
            təşkilatlarına,  məişət  əşyalarının  satıldığı  dükanlara  borcu
            olmayan  ailələri  barmaqla  saymaq  olar.  Lombardlardan  yüksək
   314   315   316   317   318   319   320   321   322   323   324