Page 340 - Islamic Studies 03
P. 340

İslamda qadın və cəmiyyət/ (339


               Muhəmmədə  (s.ə.a.s.)  olan  kin-küdurəti  həddini  aşmışdı.  O,
               müsəlmanlara əzab verir , onların keçdikləri yollara tikan səpir
               ,  hətta  təhqirini  belə  açıq  –aşkar  etməkdən  çəkinmir,  yeri

               gələndə  zor  tətbiq  edirdi.  Səfiyyə  xanım  hər  zaman  Allah
               rəsulunu qorumağa çalışırdı. Bir gün eşitdi ki , Əbu Ləhəb onu
               narahat edir. Oraya gəldi və dedi:

                       -“Əbu  Ləhəb!  Qardaşım  oğlunu  və  onun  dinini
               köməksiz    köməksiz  qoymaq  sənə  yaraşırmı  ?  Kitab  əhlinin
               alimləri  Əbdülmütəllibin  soyundan  bir  peyğəmbər    dünyaya
               gələcəyini bilmirdilərmi ? Bu sənin qardaşın oğludur .”

               Onun  yanıqlı  sözləri  Əbu  Ləhəbə       təsir  etsə  də  o,  qürur  və
               təəssübkeşliyindən dönmədi və bacısına belə söylədi :
               -“Qadınların sözü həmişə kişilərə ayaq bağıdır.”

               Bu sözlərdən sonra Səfiyyə xanım məyus halda oradan ayrıldı.
               Qardaşını yola gətirə bilməsə də oğlu Zubeyr ibni Əvvam bir
               islamçı  kimi  yetişdirməkdə  Səfiyyə  xanımın  səyləri  boşa

               getmədi. Bir sıra mənbələrdə Zubeyr Peyğəmbərin hər zaman
               yanında  olduğu  gostərilib  hətta  onun  Cənnət  əhli  olmasını
               iddia edirlər. Lakin tarixə nəzər saldıqda  görürük ki , Cəməl

               müharibəsində  onun  Həzrət  Əliyə  (ə)  qarşı  olması  ,  beyəti
               pozması ağır və bağışlanılmaz hallardandır.
               Səfiyyə  xanım  heç  bir  zaman  Allah  rəsulu  və  Əhli-beytin

               yolundan  dönmədi.    Müşriklərin  zülmündən  sonra    oğlu
               Zubeyr  ilə  birgə  Məkkədən  Mədinəyə  köçdü.  İslam  dini
               uğrunda malı və  canı  ilə hər zaman mübarizə apardı. O, İslam

               tarixində  hərbdə  olan  ilk  qadın  idi.  Həzrət  Muhəmməd
               (s.ə.a.s.) Uhud müharibəsində olan zaman qadın və uşaqları bir
   335   336   337   338   339   340   341   342   343   344   345