Page 369 - Islamic Studies 03
P. 369
368) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Bu həm də özlərini dindar kimi göstərən Bni-üməyyə
hakimiyyətinin rüsvay olmasını və süqutunun təmini demək
idi.
İmam Hüseynin (ə) xanımı Rübab İbni Ziyadın məclisində göz
yaşı tökərək diqqəti Hüseynin (ə) məzlumiyyətinə cəlb etdi:
“Ah , mənim Hüseynim (ə)! Mən düşmənlərin ox və nizə
yağışına tutduqları Hüseyni (ə) unutmayacağam. Namərdlər
onu Kərbəlada hiylə iləldürdülər. Əvvəlcə köməyə çağırdılar ,
sonra isə amansızlıqla susuz şəhid etdilər. Allah Hüseynin (ə)
qatillərini qiyamət günü susuz cəzalandırsın.”
Həzrət Zeynəb (ə) Yezidin sarayında qardaşının kəsilmiş
başını gördükdə dedi:
“Ya Hüseyn (ə)! Ey Allah rəsulunun (s.ə.a.s.) sevimlisi , ey
Məkkə və Minanın övladı, ey Fatimeyi Zəhranın (ə) oğlu!”
Bu sözlər hamını kövrəltdi. Ummu Gülsüm və Fatimə də ,
buna bənzər növhələr oxudular . Onlar daim Hüseynin (ə)
məzlumiyyətini xalqa aşılayırdılar.
İffət keşiyində
Əhli – beyt (ə) qadınları bütün çətinliklərdən sarsılmayaraq öz
iffət və namuslarını çərəflə qorudular. Kufə şəhərəinə daxil
olanda əsir düşmüş Əhli-beyt (ə) qadınlarına şəhərin evlərinin
damından baxan qadınlar örpək payladılar. Kufənin cumə
məscidinin yanındakı evdə həbs olunduqda isə Xanım Zeynəb
(ə) dedi:
“ Baxın , bizim yanımıza kənizlərdən başqa kimsə gəlməsin.”