Page 45 - Islamic Studies 03
P. 45
44) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
boyunduruğa qoşdular. Dönüb sahibinə belə dedi: Mən bu iş
üçün yaradılmamışam.” Yəni bu iş üçün öküzlər yaradılıb.
Xülasə, hər şeyin bir yaradılış qayəsi var. Hər varlıq
yaradılış məqsədinə və qabiliyyətinə görə
istiqamətləndirilməlidir ki, həqiqi ədalət təsis olunsun.
Qadın və kişinin vahid xilqəti
Şübhəsiz ki, bəşəri xüsusiyyətlər baxımından qadın və kişi
bir-birindən fərqlənmir.
Yə`ni onların hər ikisi insandır və vahid insani
xüsusiyyətlərə malikdirlər. Onların biri o birindən üstün və
ya alçaq deyil. Bə`zi fəlsəfi cərəyanlar, məktəblər və
məzhəblər qadını ikinci dərəcəli mövcud sayır. Qur`ani-
kərim isə öz aşkar bəyanlarında qadının kişi cinsindən
olduğunu və onların hər birinin o biri üçün zinət və aramlıq
vasitəsi sayıldığını bildirir. Qur`an qadınla bağlı xurafi
əqidələrin üzərindən xətt çəkir.İslam və Qur`an baxımından
qadın və kişi vahid bir xilqətə malikdir.Tarix boyu
qadınların mə`ruz qaldığı və onları bir çox hüquqlardan
məhrum etmiş sıxıntıların kökü qadın vücudunun mahiyyəti
ilə bağlı yanlış düşüncə tərzidir. Müxtəlif ailə mühitləri və
cəmiyyətlərdə rastlaşdığımız bir çox kobud rəftarların və
qarşıdurmaların səbəbi həmin yanlış baxışdır. Təəssüf ki,
bütün cəmiyyətlərdə bu sayaq yanlış düşüncə və e`tiqadlar