Page 137 - Islamic Studies 04
P. 137
136) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
Dənizlərin bir-biri ilə maneəsiz şəkildə birləşdikləri halda,
onların sularının bir-birinə heç bir halda qarışmaması barədə
Quranda qeyd olunan xüsusiyyətini okeanoloqlar bu
yaxınlarda aşkar ediblər. Aşkar edilib ki, iki qonşu dənizin
suları “səthi gərilmə” adlandırılan fiziki güc sayəsində bir-
birinə qarışmırlar. Suyun sıxlıq fərqlərindən yaranan bu qüvvə
onların arasında dəqiq bir şəkildə görünməz divar ucaldaraq
iki dənizin suyunun bir-birinə qarışmasına mane olur.
Atlantik okeanı
Aralıq dənizi
Duzun Atlantik okeanının suyunda qatılığı 36,0 faizdən az
təşkil edir
Ağdənizin suyu
Duzun Aralıq dənizinin suyunda qatılığı 36,5 faizdən artıq
təşkil edir
Cəbəllütariq boğazı
Aralıq dənizinin suları Atlantik okeanının suları ilə birləşir.
Ancaq bu birləşmənin nəticəsində onların hərarət, duzluluq və
sıxlıq kimi xüsusiyyətləri dəyişmir, çünki aralarında gözlə
görünməz sərhəd var.
Təbii ki, olduqca maraqlıdır ki, insanlar nə səthi gərilmə, nə
okeanologiya, nə də fizika haqda heç nə bilmədikləri dövrdə
Quran bu həqiqəti bildirmişdi.
Bu dənizlərdə dalğaların və güclü axınların olmasına,
qabarıb-çəkilmələrin baş verməsinə baxmayaraq, dənizlərin
suları bir-biri ilə qarışmır. Başqa sözlə, onlar öz aralarındakı
sərhədləri keçmirlər. Elmin bu yaxınlarda kəşf etdiyi bu
həqiqət Quranın “Rəhman” surəsində hələ 14 əsr əvvəl xəbər
verilmişdir.
Uşağın cinsiyyəti
Yaxın vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın
cinsiyyətini ya ana hüceyrələri, ya da ən azı ana ilə atadan