Page 157 - Islamic Studies 04
P. 157
156) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
iradəsidir. Bu məqamda normativ əxlaq prinsiplərindən
danışmaq cəfəngiyyatdır, çünki ənənəvi əxlaqda insanlara
yaxşı işləri həyata keçirmək və pis işlərdən çəkinmək tövsiyyə
olunur. Azad iradə olmayan yerdə isə insanlara bu qəbil
tövsiyələr vermək tam mənasızdır. Deməli, əşərilik təliminin
müddəalarından biri insanda azad iradənin imkansızlığıdır. Bu
baxış ikinci dəstənin görüşlərində tam fərqlidir. Onlar insanın
azad iradəyə malik bir varlıq olduğuna inanırlar. Buna görə də,
insan azad təfəkkür və sağlam düşüncə sahibi olaraq bir sıra
ümumi əxlaq qanunlarını dərk edə bilər. Beləliklə də, bu
şəraitdə əxlaq prinsiplərindən danışmaq olar.
Əşərilikdə yaranan digər problem ondan ibarətdir ki, Allah-
Taala çox rəzil insanları cənnətə, yüksək İlahi və insani
dəyərlərə malik olan insanları isə cəhənnəmə ata bilər. Yəni
Allah-Taala belə bir iş görsə, biz Allahı bu işinə görə qınaya
bilmərik, çünki yaxşı və pis işləri tam İlahi iradə ilə
əsaslandırsaq , bu vaxt Allahın bütün işləri yaxşı hesab
edilməlidir. Onda Allahın yuxarıda qeyd etdiyimiz işləri də,
yaxşı hesab edilir, halbuki bu müddəa imamilik və mötəzililik
təlimlərində qətiyyətlə rədd edilmişdir. Həmin təlimlərə
əsasən, Allah-Taala ədalətlidir, Onun ədaləti qeyd olunan
işlərin Allah tərəfindən həyata keçməsinə izin vermir. Buna
görə də, bu iki İslam sxolast cərəyanlarına “ədliyyə” (Allahın
ədalətini qəbul edənlər ) adı verilmişdir. Burada artıq daha bir
suala cavab verməliyik: Ədliyyə cərəyanının din və əxlaq
münasibətləri mövzusuna baxışında əxlaqın ümumiyyətlə,
dindən asılı olmadığı bildirilir, yoxsa bəzi əxlaq qanunlarının
müstəqil şəkildə dərk edildiyi təkid olunur?
Bu sualın cavabında bildirmək lazımdır ki, ədliyyə məktəbi
təlimlərində bir sıra fundamental xarakterləri etik qanunların
tam rasional müstəvidə aludə olması mümkün sayılır. Növbəti
misallara diqqət yetirək: