Page 158 - Islamic Studies 04
P. 158
Dinə söykənən əxlaq/ (157
Başqalarının hüquqlarına təcavüz etmək pisdir, zəif insanlara
kömək etmək yaxşıdır, yalan danışmaq pisdir. Bu tipli əxlaq
qanunları tam şəkildə insan zəkası tərəfindən dərk olunur.
Lakin həmin bünövrə qanunları ağıl yolu ilə təsdiqlədikdən
sonra əxlaq və dinin digər əxlaq qanunları ilə sıx əlaqəsi
başlanır. Misal üçün namaz qılmaq dində əxlaqi bir vəzifə
kimi insanlara vacib edilmişdir. Bu qəbildən olan əxlaq
normalarında əxlaq tamamilə dindən asılıdır.
Ustad Misbah Yəzdinin baxışları
Müasir İslam filosofu Misbah Yəzdi din və əxlaq
münasibətlərində bir qədər fərqli baxışlarla çıxış edir. O,
“Əxlaq fəlsəfəsi” əsərində yazır:
“Əxlaqda qeyd olunan “pis” və “yaxşı” məfhumları insanın
ixtiyari işləri ilə həmin işlərin son nəticəsi arasındakı əlaqə
növünü göstərir. İnsanın hər hansı işi onun son xeyir məqsədi
ilə müsbət əlaqədədirsə, həmin iş “yaxşı”, mənfi əlaqədədirsə
“pis” sayılır. Bu ideyanın özü dini qanunlardan
götürülməmişdir, yəni bu müddəanı təsdiqləmək Allahı,
peyğəmbərləri və dini qanunları qəbul etmək deyil. Bəs
insanın varlığının son məqsədi nədir? Bu sualı
cavablandırarkən əxlaqın dinlə əlaqəsi üzə çıxır. Biz insanın
son məqsədini araşdırarkən və bu suala cavab verərkən, həmin
məqsədin “Allaha yaxınlaşmaq” olduğunu vurğulayırıq.
Həmçinin yaxşı işləri müəyyənləşdirmək və onların son
məqsədlə əlaqəsini səciyyələndirmək üçün insanın əbədiliyini
və onun axirət həyatında öz yaşayışını davam etdirəcəyini
ortaya qoymalıyıq. Əxlaq qanunlarının təyin edilməsində
ölümdən sonrakı həyata inam ona görə zəruridir ki, biz inanclı
insana belə bir tövsiyə verə bilərik: sənin son səadətin və