Page 204 - Islamic Studies 04
P. 204

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (203


               (Axirətə  inanmayanlar)  dedilər:  “Məgər  biz  torpağa  qarışıb
               yox  olandan  sonra  yenidənmi  yaradılacağıq?”  Bəli,  onlar
               Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab

               üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!

               (Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail)
               canınızı  alacaqdır.  Sonra  da  (qiyamət  günü)  Rəbbinizin

               hüzuruna qaytarılacaqsınız!”

               Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü

               zaman,  ölməyənlərin  (hələ  əcəli  çatmayanların)  canlarını  isə
               yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı
               ruh  bədəni  tərk  edər).  Ölümünə  hökm  olunmuş  kimsələrin

               canlarını  (ruhlar  aləmində)  saxlayar  (onların  ruhu  bir  daha
               bədənlərinə  qayıtmaz,  beləliklə  də  bədən  ölüb  gedər).  Digər
               (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən
               bir  müddətədək  (əcəlləri  gəlib  çatıncaya  qədər  yuxudan

               oyandıqda  bədənlərinə)  qaytarar.  Həqiqətən,  bunda  düşünən
               bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü

               ölüləri  dirildəcəyinə  dəlalət  edən)  əlamətlər  vardır!  (əz-
               Zumər/42)

               Əvvəlinci  ayəyə  diqqət  etməklə,  aydındır  ki,  məadı  inkar

               edənlər  bu  təxəyyülə  düçar  olublar  ki,  insan  bədəni  aradan
               getməsi ilə tam şəkildə hər şey aradan gedir. Cavabında Quran
               deyir:  “Ölüm  mələyinin  sizdən  aldığı,  həqiqətdə,  sizin

               varlığınızı təşkil edən şeydir ki, itən və aradan gedən deyil və
   199   200   201   202   203   204   205   206   207   208   209