Page 205 - Islamic Studies 04
P. 205

204) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               sizin    düşüncənizə  əsasən,  dünyada  aradan  gedən  şey  sizin

               bədənlərdir ki, sizin həqiqətiniz ona bağlı deyil.”

               “Təvəffa”  sözünün  mənasına  diqqət  etmək  lazımdır    ki,  bir

               şeyi tam və kamil almaq mənasınadır və eləcə də “kum” şəxs
               əvəzliyinə  birinci  ayədə  diqqət  etməklə  bu  məsələ  aydınlaşır
               ki, bəşərin insanlığının həqiqəti elə ölüm mələyinin vasitəsi ilə

               alınan şeydir və həmin ruhdur. Bəs, bu ayədə bizim müzakirə
               etdiyimiz  məsələlərin    iki  əsaslı  nöqtəsinə  toxunulub:  1-
               İnsanın  hqəiqəti  ki,  “kum”  (yən  siz)  şəxs  əvəzliyi  ilə  xitab

               olunub və həmin alınandır ki, o da ruhdur. 2-Ruhun varlığının
               əsası da ruhda isbat olur, çünki yuxardakı ayədə “insanın tam
               varlığı  elə  həmin  cismani  bölmələrdə  və  bədən  üzvlərində

               xülasələşir” təsəvvürünün əsassız olduğu izah edilib və bəşərin
               insanlığının  qeyri-maddi  bir  cəhət  üzərində  dayandığı
               göstərilib.


               İkinci ayədə birinci ayədən daha aşkar şəkildə nəzərdə tutulan
               məsələyə toxunulub, çünki buyurur: “Allah ölüm anında o şeyi
               ki, insanın həqiqəti və diriliyi ona bağlıdır onu alır (yəni, ölüm

               anında  Allah  insanın  ruhunu  və  canını  alır).  Buna  əsasən,
               həmin  ayənin və  birinci  ayənin  mənasına  diqqət  etməklə, bu
               nəticəyə yetişilir ki, insanın bədən üzvləri və duyğu orqanları

               ki,  ölümdən  sonra  torpaqda  dağılır  və  müəyyən  mənada  itir,
               insan diriliyinin və şəxsiyyətinin meyarı deyil, bəlkə, insanın
               ruhi cəhətidir ki, onun dirilik və şəxsiyyət meyarı sayılır.


                      -“Nisa” surəsi, ayə 97:
   200   201   202   203   204   205   206   207   208   209   210