Page 203 - Islamic Studies 04
P. 203

202) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               elə  bir  varlıq  yerləşdirilib  ki,  o,  məhv  olan  bu  cismlərdən

               fərqlidir ki, biz ona ruh deyirik.

                Şübhəsiz, bu digər cəhətlər cismin xüsusiyyətlərinə malik ola

               bilməz.  Çünki  belə  olan  halda,  yenədə  aradan  getməlidir  və
               bədən  xarab  olduqdan  sonra  o,  qalma  potensialına  malik
               olmur. Bu cəhətdən ruh, gərək, öz-özlüyündə qeyri-maddi və

               müyyən  mənada  mücərrəd  olsun  ki,  insanın  ölümü  ilə  məhv
               olmasın. Belə olmasa, məad prinsipi düzgün və məntiqli izaha
               malik  ola  bilməz.  Bu  qeyri-mücərrəd  (qeyri-maddi  və  qeyri-

               cismi olan ) varlıq elə həmin ruh adlanan şeydir. Biz indi qısa
               şəkildə onu izah edəcəyik.

               Başqa təbirlə desək, insanda “ruh” adlı mücərrəd bir cəhət var

               ki,  təbiətinə  görə  maddi  xüsusiyyətlərə  malik  deyil  və
               materialistlərin  fikrinə  rəğmən, ruh  insanın  cismani beyni  və
               maddənin  xüsusiyyətlərindən  deyil.  Çünki  belə  olan  halda,

               gərək,  ruhun  fəaliyyəti  və  onun  anlamaları  maddi  duyğular
               dairəsində  məhdudlaşsın  və  bir  halda  ki,  düzgün  yuxuların
               olması,  gələcəkdən  xəbər  vermələr  və  bəzi  qeybi  məsələləri

               aydınlaşdırmaq ki, bir çox yerlərdə baş verib, bütövlükdə buna
               dəlalət  edir  ki,  ruhun  dərk  etməsinin  dairəsi  maddədən  daha
               genişdir,  ona  görə  ruhun  maddi  və  insan  bədəninin

               xüsusiyyətlərindən olmasını qəbul etmək olmaz.

               Qurani-Kərimin  ayələri  də  insanın  iki  tərəfli  varlıq  olmasına

               təkid  edirlər.  Misal  üçün  -“Səcdə”  surəsinin  10-cu  ayəsində
               əvvəl məad prinsipini inkar edənlərin dilindən məad haqda bir
               şübhə deyilir və ondan sonra onun cavabı verilir.
   198   199   200   201   202   203   204   205   206   207   208