Page 201 - Islamic Studies 04
P. 201
200) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Giriş
Xristianlar bu inancdadırlar ki, insan maddi və qeyri-maddi
olan iki həqiqətdən təşkil tapır. Bu haqda belə oxuyuruq: “...
ondan (Allahdan) qoruxun ki, ruhu və cismi həlak etməyə
qadirdir...”1
Elçi Polosun Korinflilərə yazdığı birinci yazısında da
oxuyuruq:
“... baxmayaraq ki, mən cismdə deyiləm, amma ruhda
varam...”2
Həqiqətdə bu ayədən də başa düşülür ki, ruh və cism ayrı-
ayrılıqda insanın vücudunu təşkil edən iki ünsürdürlər.
Mark incili təkid edir ki, insan yaşayışının əsası, onun
ruhundan ibarətdir və onu itirən hər şeyi itirər:
“insan üçün nə faydası olar ki, bütün dünyanı götürə və öz
canınını verə; ya da ki, insan nəyi canının əvəzində verə.”3
Luka incilində Xanım Məryəm (s)-nın dilindən oxuyuruq:
“mənim ruhum allahı tərifləyir.”4
Yuxarıda qeyd olunan ayələrdən əlavə Əhdi-Cədiddə bir çox
digər ayələr də var ki, hamısı insanın iki həqiqətli olduğuna
təkid edirlər.1
. matta 28:10. 1
. 1 korinflilərə 5:3. 2
. Mark 8:36. 3
. Luka 1:46. 4