Page 202 - Islamic Studies 04
P. 202
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (201
Müqəddəs İslam dini də insanın iki tərəfli varlıq olmasına
təkid edir. Müsəlman teoloqlar bu əsas məsələni həm əql yolu
ilə həm də nəql yolu ilə isbat edirlər. Onlar deyirlər:
Şübhə yoxdur ki, insanın bədəni bütün xüsusiyyətləri ilə
birlikdə ölümdən sonra aradan gedərək torpaq şəklinə düşür.
Torpaq şəklinə düşüb tədricən, zaman keçdikcə başqa şeylərə
çevrilir. Bəzən bitki şəklinə gəlib heyvanların və digər
insanların yeməyi olur və bəzən mümkündür, daş və sair
şəklinə düşərək onların şəkilni alsın. Hər halda, qəti olan şey
budur ki, ölümdən sonra insanın bədəni aradan gedib bir
formaya düşür ki, müxtəlif insanların bədənləri arasında bir
fərq müşahidə edib onları o fərqlə tanımaq olmur.
Buna əsasən, bəzi filosofların baxışına görə deyə bilərik ki,
insan təkcə bu maddi bədənlə xülasələşmir və o qiyamətdə
yeni bir bədəndə dirildiləcəkdir və bu yeni maddi cism
(bədən) dünya həyatındakına oxşamasına baxmayaraq, həmin
əvvəlki bədən olmayacaq, bəlkə, bu başqa bir varlıqdır(cism).
Qurani Kərimin ayələrinə əsasən, Allahın insana qiyamətdə
verəcəyi bədən (cism) elə əvvəlki bədən olacaq. Ayələr deyir
ki, Allah həmin çürümüş bədəni yenidən bərpa edəcək.
Qeyd etdiyimiz kimi, deyə bilərik ki, insanın bədəninin
dünyada aradan getməsi onun heç də əbədi məhvi və faniliyi
kimi başa düşülməməlidir və bilinməlidir ki, həmin bədəndə
. Matta 20: 28 və 27: 50. 1 Saloniklilərə 5: 23. 1 Korinflilərə 2:14. Mark 12: 30... 1