Page 206 - Islamic Studies 04
P. 206
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (205
Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər
içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara)
deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar
söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.”
(Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz
də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer
Cəhənnəmdir. O necə də pis yerdir! (nisa\97)
Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm
edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın
əmrinə) təslim olub: “Biz heç bir pislik etmirdik!” – deyəcək
(mələklər də onlara belə cavab verəcəklər): “Xeyr, (elə
deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir! (Nəhl\28)
Bu ayədən sonra həmin ayənin ardınca dərhal buyurur:
Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına
(təbəqələrinə)… (Nəhl\29)
O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb:
“Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə
daxil olun!” – deyərlər. (Nəhl\32)
Yuxarıdakı ayələr Allahın mələkləri ilə cənnət və cəhənnəm
əhli arasındakı danışıqları göstərir. Bu ayələrə diqqət etməklə
aydın şəkildə məlum olur ki, bu danışıqlar ölümdən və maddi
aləmlə vidalaşadıqdan sonra baş verir. Çünki bir tərəfdən
mələklərin sualı keçmiş zaman formasındadır: “Fimə
kuntum?” - yəni, “Hansı durumda idiniz” və digər tərəfdən