Page 19 - Islamic Studies 04
P. 19

18) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                 Yenidənqurma yəhudilik hərəkatı:  1983-cü ildə Amerika

               yəhudisi Menahem Kaplan qurmuşdur. Menahem Kaplan dərin
               bir yəhudi mütəfəkkiri və filosofu kimi qələmə verilir. Kaplan
               yəhudiliyin  bu  günə  qədər  keçərli  olmasının  səbəbini  onun

               ilahi mənşəyi ilə deyil, mədəni mənşəyi ilə izah edir. Yəhudi
               qanunu  isə  mühafizə  edilməsi  zəruri  olan  bir  mədəniyyət
               ünsürü  sayılır. Çünki  bunlar  yəhudilərin  dramatik  bir  xalq

               olmasının ifadəsidir. Kaplana görə, yəhudilər də digər xalqlar
               kimi  bir  xalqdır. Tanrı  yəhudiləri  deyil,  yəhudilər  Tanrını
               seçmişdir. Bu  üzdən  də  "Seçilmiş  xalq"  inancının  anlamı

               yoxdur. O, sionizmi də qəbul edir.

                 Yuxarıda  qeyd  olunanlardan  başqa  Amerika  yəhudiləri

               arasında  meydana  çıxan  digər  kiçik  və  radikal  qruplar  da
               vardır. Bunların       içərisində     ən     ifratçısı    Humanistik
               yəhudilikdir. Onlar  Tanrını  irqçi  bir  şovinist,  Tövratı  isə
               şovinist  bir  sənəd  kimi  dəyərləndirirlər. Bu  məzhəblərdən

               savayı digər yəhudi qrupları da vardır. Onların ən başlıcası bu
               gün də varlığını davam etdirən samirilərdir.


                 Yəhudi  dininə  riayət  etməklə  yanaşı  yəhudilər  tərəfindən
               yəhudi qəbul edilməyən samirilər  şomronim adlanır.
                                                     1
                Samirilərin  tarixi  çox  qədimdir. Bizim  eradan  əvvəl  722-ci

               ildə  Şimali  İsrail  Krallığı  yıxıldıqdan  sonra  Asur  imperatoru
               Sarqon  İsrail  xalqını  Asura  və  Medlerin  şəhərlərinə  sürgün

               etmiş,  Babil,  Quta  və  Avvadan  adamlar  gətirərək  İsrail
               oğullarının yerinə yerləşdirmişdir. Beləliklə, Şomron şəhərinin


                .     "Şomronim" ibrani dilində "bir şeyi diqqətlə izləyən" mənasına gəlir.       1
   14   15   16   17   18   19   20   21   22   23   24