Page 241 - Islamic Studies 04
P. 241
240) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Onların paltarları çox gözəl və qiymətlidir və cürbəcür
cəvahirlərlə bəzədilib1. Onlar cənnətdə heç vaxt pis söz
deməz və boş və günah söz eşitməzlər. Onların sözləri yalnız
Allahın həmd-sənası və təhsib-təqdisidir2. Cənnət əhli yumşaq
və rahat taxtlara söykəndiyi və bir-birinin yanında rahat
əyləşdikləri halda, istədikləri şeylər onların ixtiyarına veriləcək
və Allah onların bütün istədiklərini yerinə yetirəcək3.
Cənnət əhli bütün nemətlərdən istifadə etməklə yanaşı heç
vaxt bu nemətlərin Allah tərəfindən olduğunu unutmur. Onlar
bilirlər ki, Allah-taala onları bu nemətlərdən istifadə etməyə
imkan yaradıb. Buna görə də, onlar heç vaxt qəmlənmirlər.
Onlar bu nemətlərin şükrünü yerinə yetirməyin vacibliyini
unutmurlar4.
Bütün bunlar yaxşı əməllərin və həqiqi imanın nəticəsidir. O
kəslərin aqibəti ki, onlar təqvalı olmuş, Allaha bəndəlik etmiş,
ilahi əmrlərə tabe olmuş və bu yolda bütün dünyəvi çətinlik və
əzablara dözmüşlər5. Bəli, bunlar o şəxslərdir ki, qiyamət
günü mələklər onarla görüşəndə deyərlər: “Bu həmin gündür
ki, ona vədə verilmişdir.” və Allah da onlara xoş gəldin
deyəcək və onları bu aqibətə görə təbrik edəcək6.
Dəhr 18-19, 1
Yunis 10, Vaqiə 25-26. 2
Vaqiə 15-21, Tur 20-22, Məryəm 62. 3
Məryəm 61, Mütəffifin 22-24, Əraf 43, Nəbə 36, Ali-İmran 170. 4
Yunis 9, Həcc 45, Sad 45, Məryəm 63, Dəhr 12. 5
Ənbiya 103, Əlhaqqə 24. 6