Page 242 - Islamic Studies 04
P. 242

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (241


               3-8. Cəhənnəm və onun əzab növləri

               Müqəddəs Kitabın lüğətində yazılana əsasən, Cəhənnəm Əhdi-

               Cədiddə “Haviyə” adı ilə gəlib. Bu kəlmə Əhdi-Cədidin bəzi
               yerlərində  dibi  gönməyən  və  sonsuz  quyu  anlamındadır;
               məsələn  Yahudada  oxuyuruq:  “o  şeytanı  götürərək  zincirlədi
               və  min  il  müddətinə  sonsuz  quyuya  atdı.”1  Kefar  Nahum

               şəhəri haqda yazılıb: “cəhənnəmə başı aşağı düşəcəksən”.2

               Bu  təbirdən  məqsəd  budur  ki,  yüksək  məqama  ucaldıqdan

               sonra,  haviy  kimi  unutduran  bir  yerdə  basdırılacaq  və
               unutdurulacaq.  Bəzi  yerlərdə  də  ondan  məqsəd,  ruhların
               ölümdən  sonrakı  yeridir  ki,  Məsih  müvəqqəti  olaraq  orada

               yerləşib3  və  orada  “tutulmuşa”  nəsihət  etdi4  və  Bəzən  də
               məqsəd  yalnız  qəbrdir5  və  məqsəd  əzab  məkanı  olduğunda
               cəhənnəm  termini  ilə  qeyd  olunub.6  Qiyamət  günü  əzaba
               məhkum  edilənlər  buraya  gətiriləcəklər;7  itaətdən  boyun

               qaşıran  mələklər  də  oradadırlar.8  Oranın  odu  heç  vaxt
               sönməyəcək  və  əzabda  olan  insanların  qurdları  heç  zaman

               ölməyəcək.9  Cəhənnəm,  günahkarların  çox  ağlamaqdan
               dişlərini  dişlərinə  sıxdıqları  qaranlıq  yerdir.  Əhdi-Cədiddə



                                                                    .Yahuda 9: 1, 1 və 20: 3. 1
                                                               . Matta 11: 23 və Luka 10: 15. 2
                                                                    . Həvarilərin İşləri 2: 27. 3
                                                                            . 1 Piter 3: 19. 4
                                                                      . 1 Korinflilərə 15: 55. 5
                                                . Mister Haks, Müqəddəs Kitabın lüğəti, səh 919. 6
                                                                            . Matta 25: 46. 7
                                                                              . 2piter 2: 4. 8
                                            . Mister Haks, Müqəddəs Kitabın lüğəti və Mark incili. 9
   237   238   239   240   241   242   243   244   245   246   247