Page 236 - Islamic Studies 04
P. 236
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (235
Islam teologiyasında şəfaət məsələsi aşkar inanclardan biridir.
Şəfaət “şəf” عفش maddəsindən olub lüğətdə “bir şeylə
cütləşmək” və “uyğunlaşmaq” mənasınadır. Terminologiyada
isə “şəfaət” bir şəxsdən “zərəri dəf etmək üçün vasitə olmaq”
və ona “mənfəət yetirmək” mənasınadır. Vasitə olmağın üç
tərəfi var:
Şəfaət edən; B) Şəfaət olunan; C) Şəfaəti qəbul edən.
Şəriətdə “şəfaət” sözü bir şəxsin Allah yanında başqasının
bağışlanmasını istəməsi və ya günahının təsirinin götürülməsi
və ya azaldılması haqda xahiş etməsi mənasında işlənir. Bu
vaxt günahkar “şəfaət olunan” , Allah-taala isə “şəfaəti qəbul
edən” sayılır.
“Şəfaət” qeyd olunan məna ilə dinin yəqin olunan
məsələlərindəndir. Bu haqda çoxlu Quran ayələrindən əlavə,
şiə və sünni mənbələrində peyğəmbərdən (s) çoxlu hədislər
nəql olunmuşdur. Demək olar ki, “şəfaət” haqda bütün
imamlardan da hədislər nəql olunmuşdur. Bu hədislər də
“şəfaət” haqdakı bütün şəkk-şübhələri aradan aparır.
3-7. Cənnət, onun özəllikləri və nemətləri
Müqəddəs Kitabın lüğətində gəlib ki, fİrdovs bütün bağlara
deyilir; amma Əhdi-Cədiddə ondan məqd, gözəl əməl
sahiblərinin və mömünlərin ond aəbədi həyata yetişdikiləri elə
həmən cənnətdir. Onların cənnətdə yaşayış və həyat ağacından
. Mister Haks, Müqəddəs Kitabın lüğəti, səh 525. 1