Page 239 - Islamic Studies 04
P. 239
238) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
“cənnət, Tanrı özünün çox böyük ləzzətlərini orada topladığı
yerdir. Pak və xoşbəxt insanların ayaqlarını qoyduqlarıyer
belə, o dərəcədə bahalıdır ki, onun bir dirhəmi min dünyadan
daha bahalıdır.” Bu həmin o ləzzətdir ki, həzrəti davudun
ruhunu Allah öz yanına apararaq özü ilə bir etdikdən sonra,
onu Allahın nuru ilə müşahidə etdi. Özünə gəldikdə gözlərini
iki əli ilə bağladı və ağlayaraq dedi: “ey mənim gözlərim!
Bundan sonra bu dünyaya baxmayın; çünki onun hər şeyi puç
və yalandır və dəyərli bir şeyi yoxdur”1 və elə Yeşuanın
dediyi də bu ləzzətlər haqqındadır. O buyurur: “Tanrı öz
dostlarına hazırladığı şeyləri heç bir insanın gözü görməyib və
qulağı eşitməyib və heç bir insanın düşüncəsi onu dərk
etməyib.”2
Cənnətdən dörd çay axar. Biri baldan peyğəmbərlərə, biri
süddən günahsız uşaqlara, üçüncüsü şərabdan qocalara və
dördüncüsü yağdan bütün mömünlərə.3
Buna əsasən cənnət Allah dostlarının və bəndələrinin yeridir
ki, orada etdikləri yaxşı əməllər sayəsində maddi yaşayışın
çətiniklərindən uzaq olaraq böyük şadlıq içində olacqlar və heç
bir gözün görmədiyi və barəsində heç bir qulağın eşitmədiyi və
heç bir şəxsin ağlına gəlmyən nemətlərdən qidalanacaqlar.
Oradakılar Allahı kamil şəkildə tanıyacaqlar ki, bu məslənin
özü oradakı ləzzəti neçə dəfə artıracaq və oraya daxil olanların
əbədi yeri oalcaq cənnət.
. Barnaba incili, 169 səh 91. 1
. həmin , 169 səh 92. 2
. Aştiyani, Cəlaluddin; xristiyan dinində bir araşdırma, səh 354. 3