Page 240 - Islamic Studies 04
P. 240

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (239


               Quran müxtəlif təbirlər ilə cənnət və onun əhlini vəsf etmişdir.
               Bəzən  onun  asimani  ləzzətlərini,  bəzən  isə  gözəlliklərini  və
               mənəvi ləzzətlərini bəyan edir. İndi gəlin Quranın kəlamlarına

               qulaq  asaq.  Görək  Quran  cənnət  və  onun  əhlini  necə  təsvir
               edir. Quran buyurur:

               “Salehlər və iman gətirənlərin işıqlı gələcəyi və gözəl aqibəti

               var. Həqiqi nicat onlarındır. 1 Həqiqətən, o, Allahın doğru və
               möhkəm  vədəsidir.  Onların  aqibəti  ilahi  hidayət  nurundan
               bəhrələnməkdir2.  İlahi  cənnətdən  gözəl  aqibət  və  Rəbbin

               rizvanından  gözəl  yer  varmı3.  Elə  bir  yer  ki,  orda  Allahın
               rəhmət  çayları  axır4.  Cürbəcür  cənnət  meyvələri  insanların
               ixtiyarındadır. Orada çoxlu yaşıl bağlar vardır5. Gözəl simalı

               cənnət  huriləri,  kənizlər    və  qullar    möminlərə  və  salehlərə
               xidmət edirlər. Gözəl qablarda ləzzətli qidalar  cənnət əhlinə
               veriləcək6.  Bəli,  cənnət  əhli  gözəl  içkilər  və  yeməklərdən

               istifadə  edəcək  və  Allahın  rəhmət  və  feyz  çeşmələrindən
               bəhrələnəcəklər.  Onlar  aramlıqla  yaşayacaqlar.  Allah  da  bu
               qonaqlardan çox razı və şaddır və onları geniş süfrədən istifadə

               etməyə çağırır.”7







                                             Nəbə 31 ayənin ərbcəsini yaz. Mütəffifin 22, Sad 49. 1
                                                    Yunis 9, məryəm 61, Ənbiya 103, Zümər 20. 2
                                                    Fəcr 29-30, Tur 17, Əl-haqqə 22, Tövbə 72. 3
                                                                                 Nəhl 31. 4
                                                              Vaqiə 20, Vaqiə 28-30, Sad 51. 5
                                                   Vaqiə 17-23, Saffat 43-49, Ərrəhman 72-74. 6
                                Hicr 45-46, Dəhr 5-6, 17-21, Mütəffifin 25-28, Əlhaqqə 24, Nəbə 36. 7
   235   236   237   238   239   240   241   242   243   244   245