Page 245 - Islamic Studies 04
P. 245
244) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
“öz məsuliyyətini bilib ona əməl etmyən, şiddətli şəkildə
cəzalandırılacaq; amma biri bilmədən pis iş görsə az
cəzalandırılacaq.”1
3-10-6. əzabın əbədiliyi
Xristiyanlar bu inancdadırlar ki, pis insanların düçar olacaqları
əzab, əbədi və sonsuzdur. Onlar deyirlər: əzaba daxil olan şəxs
həmişəlik olaraq orada qalar; çünki pislərin durumu axirətdə
dəyişməz. Onlar bu haqda müxtəlif dini mətnlərə istinad
edirlər; Misal olaraq Matta incilində yaxşı və pis insanların
aqibəti hada belə gəlib:
“və onlar (pis insanlar) əbədi əzaba gedəcəkəlr, amma ədalətli
(və yaxşı) insanlar əbədi həata.”2
Salonikililər ikinci yazıda pis insanların haqqında oxuyuruq:
“ onalr əbədi həlak olma qisasınayetişəcəklər, Tanrının
hüzurundan və onun gücünün əzəmətindən.”3
Xatırladaq ki, xristiyan teoloqlarının bəziləri əbədi əzabı,
tanrının ədaləti və rəhməti ilə uyğun saymayaraq ona etriaz
ediblər; necə ki, Arigens elan etdi ki, sonunda hamı
bağışlanacaq; lakin kilsə Əhdi-Cədidin əzabın əbədiliyi haqda
dediklərinə təkid edərək bu nəzəriyyəyə qarşı çıxdı.4
əzabın həmişəliyi haqqında Barnaba incilində gəlib:
. Luka 12: 47-48. 1
. Matta 25: 46. 2
. 2 Saloniklilərə 1: 9. 3
. Aştiyani, Cəlaluddin; xristiyan dinində bir araşdırma, səh 354-355. 4