Page 238 - Islamic Studies 04
P. 238
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (237
malik olacaq.”1 Yenə bu haqda gəlib ki, “mənim atamın istəyi
budur ki, oğulu görən və ona iman gətirən hər kəs, əbədi həyat
sahibi olar.”2 Həvarilərin İşlərində gəlib ki, əbədi həyata nail
olan şəxslər öncədən müəyyənlə.diriliblər.3
Cənnət haqqında deyiləsi ilk məsələ budur ki, orada heç bir
günah yoxdur və ora bir pak və məsum yaşayış olacaq. Orada
olanlar, Bu dünyada Tanrını və onun yaratdıqlarını sevənlər,
pak, şərəfli, şücaətli və fədakar şəxslər olacaqlar. Məsihin qanı
ilə paklananlar orada yerləşəcəklər. Məstliyin, napaklğın,
nifrət və düşmənçiliyin, həsədin, xəstəliyin, xudxahlöğın və
puçluğun heç bir forması Orada olmayacaq. Aclıq, susuzluq,
ağrı və ağlamaq orada olmayacaq və Tanrı hər cürə ağlamağı,
onların gözlərindən siləcək; çünki bunların hamısının səbəbi
günahdır. Belə olduğu halda günah olmasa, onun nəticələri də
olmayacaq.4 Cənnət yaşayışının əsası eşq və sevgi olacaq,
özünü unudub digərlərini sevmək, hər şeyi sevən tanrı kimi.
Korinflilər birinci yazıda gəldiyi kimi: “üç şey həmişə qalacaq:
iman, ümid və məhəbbət. Amma unların hamısından daha
böyüyü Tanrının məhəbbətidir.”5 Yaşayış orada əbədi olacaq,
çünki tanrının möminlərə hədiyyəsi əbədi həyatdır.
Barnabada gəlib:
. Yahuda 5: 24. 1
. Yahuda 6: 40 və 47. 2
. Həvarilərin İşləri 13: 48. 3
Yahuda 21: 4. 4
. 1 Korinflilərə 13: 13. 5