Page 247 - Islamic Studies 04
P. 247
246) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
“Cəhənnəm haqqa və həqiqətə təslim olmayanların pis aqibəti
və sonluğudur. Onlar Allahın qarşısında küfr bayrağı
qaldıranlar və üsyan və tüğyan edənlərdir.”1
Münafiqlər, təkəbbür edənlər, iblislər, zülm edənlər,
fitnəkarlar və haqqın qarşısında üsyan edən bütüb şəxslər
cəhənnəmdən və Allahın əzabından başqa, bir şeyə malik
olmayacaqlar2. Həqiqətən, onların yeri nə pis yerdir3. Orada
yalnız bir parça atəş və zəncir var. Qaçış yeri də yoxdur4.
Peşimançılığın da heç bir faydası yoxdur5. Cəhənnəm əhlinin
çirkdən və üfunətdən başqa, içkiləri yoxdur. Onlar
susuzluqlarını yalnız əridilmiş qurğuşunla yatırarlar. Şəffaf və
duru sular və sərin külək heç vaxt onlara çatmaz6. Paltarları
oddandır7. O od ki, odunları onların özüdür. O, odda qaldıqca
atəş sönmür. Onlar odda yanıb külə döndükdən sonra, yenidən
əti və dəriləri yaranır və daim belə yanarlar8.
Bəli, bu, Allahın ayələrini təkzib edən və düz yoldan azan
cəhənnəm əhlinin aqibətidir. Onlar özləri də bunu etiraf
edirlər.9 Onlar Allahın qəzəbinin alovunda yandıqları halda,
cəhənnəmin məmurlarından xahiş edirlər ki, Allahdan onların
Nəbə 21-22, Dəhr 3. 1
Nəbə 40, Nəhl 29, Məryəm 68, Cin 15, Bəyyinə 6. 2
Sad 56, İbrahim 29, Buruc 10, Cin 23, Təhrim 9. 3
Möminun 104, Dəhr 3. 4
Möminun 108, 5
Nəbə 24-25, Ənam 70. 6
Həcc 19, İbrahim 50. 7
Bəqərə 24, Ali-İmran 10, Cin 15. 8
Möminun 104-107. 9