Page 259 - Islamic Studies 04
P. 259

258) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                İsa  Məsih  demişdir  ki,  ərlə  arvad  «iki  yox, bir  bədəndir»

               (Mətta 19:6). Onlar bir-birilərinə sədaqətli olmalı və heç vaxt
               xəyanətə  yol  verməməlidirlər  (Məsəllər  5:15—21; İbranilərə
               13:4).  Ərlə  arvad  cinsi  münasibətlərdə  bir-birini  nəzərə

               almalıdır,  ancaq  özlərini  düşünməməlidirlər  (1 Korinflilərə
               7:3—5). Ər İncildə      yazılan növbəti prinsipi heç vaxt yaddan
               çıxartmamalıdır: «Elə bir adam yoxdur ki, öz bədəninə nifrət

               etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir».
               Bu o deməkdir ki, ər arvadını sevməli və onu əziz tutmalıdır.
               Hər  bir  qadının  ən  ümdə  arzusu  odur  ki,  əri  onu  sevsin  və

               onunla mehriban davransın (Efeslilərə 5:29).

               Kamil xüsusiyyətlərin və əxlaqi fəzilətlərin təzahürü


               Axirət aləmində ədalətli və dəqiq hesaba inam, səbəb olur ki,
               insan bütün işləri görmədə özünü tam azad bilməsin. Bununla
               da  öz  həyatında  napaklığa  tərəf  getməsin  və  İlahi  və  insani

               dəyərlərə zidd olan məsələlərə bələşməsin. Nəticə etibarı ilə də
               əxlaqi  fəzilətləri  və  kamil  xüsusiyyətləri  özündə  təzahür
               etdirsin.


               Haqqı görmə


               Axirətdə hakimi Allah olan ədalət məhkəməsinə inam, insanı
               öz  ailə  həyatınad  insaflı  və  İlahi  çərçivələrdən  kənara
               çıxmamaqla, tanrının meyarları  əsasında davranmağa məcbur
               edir.


               Nəfsani və şəhəvanı istəklərinin kontrol edilməsi
   254   255   256   257   258   259   260   261   262   263   264