Page 260 - Islamic Studies 04
P. 260
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (259
nəfsani istəklərinin kontrol edilməsi insanların xüsusi olaraq
da cavanların yaşayışının ən önəmli məsələsidir. Cinsi istəklər
kontrol edilmədiyi təqdirdə, insanların ailə həyatın nə kimi
zərbələri vuracağından heç kəs xəbərsiz deyil. Axirətə və
Tanrının əzablarına inam, bu istəyi istər qadın istərsə də kişi
cinsində kontrol edə bilər.
Məsuliyyət hissi
Axirətə inamın ailə həyatındakı faydalı təsirlərindən biri, insan
öz vücudunun dərinliyində məsuliyyət hiss etməsidir. Beləki,
bu inam insanın bütün düşüncə və davranışlarını öz təsiri altına
salmaqla onda ailə üzüvlərinə qarşı və ailədə dəyərlərin
yaranmasına və yaşamasına qarşı məsuliyyət hissi yaradır.
Zülm və ədalətsizlikdən yayınma
Mənafelərin toqquşması insanın ailə həyatının qaçılmaz
cəhətlərindəndir. Belə ki, burada güclü və zəif ir yerdə
yaşayırlar. Güclülər həmişə istəyirlər ki, hər şey onların olsun.
Axirət aləminə və hesaba inam, insanı başqasına zülm etməyə
qoymur. Bilmək lazımdır ki, Axirət aləminə inamsızlıq
insanların ədalətsizliyinin və zülmkarlığının köklü səbəbidir.
Qəzəbi söndürmək
əsəb və qəzəb hissi güclülükdə heç də cinsi istəkdən zəif və
geri qalan deyil. Bu xüsusiyyət bəzi vaxtlar, insanda intiqam
hissini öz zirvəsinə çatdırır; belə ki, hər hansə bir maniəni öz