Page 255 - Islamic Studies 04
P. 255
254) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
olduğu surətdə təbii ki, heç bir şeyə qane olmurlar. Bunun
nəticəsində də ailədə aramsızlıq yaranır. Həyatın heç bir dadı-
duzu olmur. Belə bir ailə daima ruhi sıxıntılarla çalxalanır.
Amma bir ailənin axirətə inanması və ölümü yad etməsi səbəb
olur ki, insan bu dünyanın əbədi olmamasını xatırlasın.
Həmçinin sahib olduğu həyata qane olsun. Beləliklə də çox
böyük bir rifaha sahib olmamasına baxmayaraq, belə ailə
yüksək ruhiyyə və aramlıqla gözəl bir həyat sürər. Necə ki,
Əmirəl-möminin Əli (ə) bu barədə buyurur: "Ölümü çox yad
edən bir şəxs doyumsuzluq və hərislikdən nicat tapar. Habelə
dünya həyatında ehtiyacı olan az bir miqdara razı və qane
olar1".
3. Axirətə inam ailə üzvlərinin vəzifələrini yerinə gətirməyə
təşviq edir
Məsumların (ə) kəlamlarında ailə üzvləri öz öhdələrinə düşən
vəzifələri yerinə gətirdikləri zaman axirət nemətləri və
mükafatları ilə təqdir olunacaqlarını bilirlər. Bu nemətlər və
axirət həyatındakı rahatlığa diqqət etdikləri zaman ailə üzvləri
təşviq olurlar ki, bu nemətləri əldə etmək üçün öz ailədəki
rəftarlarını islah etsinlər. Nümunə üçün aşağıdakı ayələri zikr
edirik ki, insanları öz vəzifələrini yerinə gətirmək üçün təşviq
edir və həvəsləndirir.
"O bəndələr ki, ayələrimizə iman gətirib (Bizə) təslim
olmuşlar. Siz də, zövcələriniz də sevinc içində cənnətə daxil
olun!” (cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər (yemək-
- Nəhcül-bəlağə, h 349 1