Page 258 - Islamic Studies 04
P. 258

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (257


               yerə göz dikmişdi. Çünki, o həqiqi səadəti dünya malına sahib
               olmaqda  deyil,  axirətə  inamda  görürdü.  Elə  buna  xatir  də
               Mütəal  Allah  onu  bütün  möminlərə  nümunə  kimi  göstərdi.

               Bəli deyə bilərik ki, axirətə inam və behişt sevdası ilə yaşamaq
               Firon sarayını belə insan üçün zindana çevirir.

               Müqəddəs  Kitabda  deyilir  ki,  ərlər  arvadlarını  sevməli  və

               onlara hörmət etməlidirlər. Zəhmət olmasa, (Efeslilərə 5:25—
               29)  ayələrini  oxuyun.  Ər  həmişə  arvadı  ilə  məhəbbətlə
               davranmalıdır. O, arvadını qorumalı, qeydinə qalmalı və ona

               yara vuran heç nə etməməlidir.

               Bəs  arvadı  səhv  edəndə  ər  necə  davranmalıdır?  Allah  ərlərə

               buyurur:      «Arvadlarınızı həmişə sevin        və    onlarla     sərt
               davranmayın» (Koloslulara 3:19). Ərlər, unutmayın ki, siz də
               çox  səhvlərə  yol  verirsiniz. Amma  Allahın  sizin  səhvlərinizi
               bağışlamasını        istəyirsinizsə,     siz     də      arvadlarınızı

               bağışlamalısınız  (Mətta  6:12, 14,  15).  Ailəsinin  xoşbəxt
               olmağını istəyən ər və arvad bir-birini bağışlamalıdır.


                  Allah  ərlərə  arvadlarının  ləyaqətinə  hörmətlə  yanaşmağı
               buyurur.  Ər  arvadının  tələbatlarını  nəzərə  almalıdır.  Bu  çox
               ciddi  məsələdir.  Allah  arvadı  ilə  pis  rəftar  edən  kişinin

               dualarını  eşitmir  (1 Butrus  3:7).  İnsanı  Allahın  gözündə
               ucaldan onun kişi və ya qadın olması deyil, Yaradanına olan
               məhəbbətidir.
   253   254   255   256   257   258   259   260   261   262   263