Page 257 - Islamic Studies 04
P. 257
256) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
"Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə
(axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!1"
Beləliklə, axirətə inanan ailə dünya müsibətlərinə və
çətinliklərinə səbr edir. Çünki, bilir ki, Mütəal Allah bu səbrin
qarşısında onlara saysız-hesabsız mükafat verəcəkdir.
Axirətə inam dünya məhəbbətini ailələrin qəlbindən çıxardır:
Rəvayətlərimizdə dünya məhəbbəti insanın səhvinin başlanğıcı
kimi qələmə verilmişdir. Yəni dünya məhəbbətinə sahib olan
hər bir insandan hər bir səhvi gözləmək olar. Həmçinin dünya
məhəbbəti insanı öz həqiqi səadətindən uzaqlaşdırır. Ailələrdə
əgər dünya məhəbbətinə mübtəla olduqları təqdirdə öz həqiqi
səadətlərindən uzaqlaşmış olarlar. Nəticədə, həm dünya həm
də axirət səadətindən özlərini məhrum edərlər. Amma əksinə,
axirətə inanaraq dünya məhəbbətini qəlblərindən çıxardan
ailələr öz həqiqi səadətlərini əldə etmiş olurlar. Quran Fironun
xanımı Asiyə barədə buyurur:
ْ
َ
.»َن ْ وَع ْ رِف ْ نِم ین ِ جنو ِةهنَجلا یِف اًتْيَب َکَدْنِع یِل نْب ِ ا ِ بر ...«
َ
َ
"Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint
Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün
Öz dərgahında -cənnətdə bir ev tik. Məni Firondan və onun
əməlindən qurtar. Məni zalım qövmdən xilas et!”-demişdi2.
Belə bir sual yaranır ki, Fironun zövcəsi nədən o möhtəşəm
saraydan, çoxlu var-dövlətdən üz döndərdi? Çünki, o başqa bir
_ Zumər / 10 1
- Təhrim / 11 2