Page 254 - Islamic Studies 04
P. 254
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (253
insanın ictimai həyatında olan təsirlərini də qələmə alaq. O
üzdən biz burada müqəddəs İslam və Xrisitiyan dnində
göstərildiyi kimi axirət aləminə inanlıdığı təqdirdə, onun
insanın fərdi və ailə həyatında nə kimi təsirlər bağışlayacağını
sadalayırıq:
1. Axirətə inam yaşayışa məna verir!
İnsana əzab verən və yaşayışın şirinliyini ondan alan ən
mühüm şey, nigarançılıqlardır. Əldən çıxan fürsətlərdən
doğrulan narahatçılıq, gələcək və yaşayışın sonu haqqındakı
nigarançılıq, dostların, qohumların və mal-mülkün əldən
çıxması, və s ... öncədən görülə bilməyən hadisələr haqqındakı
narahatçılıq. Bu nigarançılıqların əsas səbəbi adətən yaşayışda
məqsəd görməmək və puçluq hiss etmək, insanı taqətdən salan
problemlərdə sığınacağın olmamasını hiss etmək, ölümdən
qorxunc təsəvvürün olması, gələcəyə qarşı bədbinlik, dünyanın
gələcəyi və fərdi yaşayış haqqındakı qorxudur. Şübhəsiz ki,
Axirətə və oradakı rahatlıq və ədalət dolusu əbədi həyata inam,
insanın baxışını müsbətə doğru dəyişməklə bu narahatçılıqlara
son qoya bilər və insan yaşayışına şirinlik qataraq ona məna
verər.
2.Axirətə inam hər bir ailəyə aram bir həyat vəd edir
Axirətə inamı olmayan bir ailə çox zaman maddi sıxıntılardan
əziyyət çəkir. Bəzi ailələr isə maddi sıxıntıları olmasa da
doyumsuzluq, hərislik, tamahkarlıqdan əziyyət çəkirlər. Belə