Page 256 - Islamic Studies 04
P. 256
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (255
içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və
gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi
qalacaqsınız! Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər
müqabilində varis olduğunuz cənnətdir! Orada sizin üçün bir
çox meyvələr vardır, onlardan yeyəcəksiniz!1"
Bu mükafatlar ayədə qeyd olunduğu kimi o şəxslər üçündür ki,
ilahi göstərişlərin qarşısında təslim olublar. Allah bəyənən, bir-
birləri ilə mehriban olan bir ailəyə sahib olmaq Mütəal Allahın
nümunəvi ailə üçün qoyduğu qanunlardandır. Beləliklə, bu
qanunlara riayət edən bir ailə axirət günündə sevinc içində
cənnətə daxil olub onun gözəl nemətlərindən bəhrələnəcəklər.
Axirətə inam bir ailə üçün müsibət və çətinliklərə səbr etməyi
asanlaşdırır
Axirətə inam hər bir ailənin müsibət və çətinliklərini bir növ
həll edir. Çünki, dünyada baş verən hadisələr bundan əlavə ki,
Allahın hikməti üzündəndir, müsibətlər qarşısındakı hər növ
səbrin axirətdə böyük bir mükafatı və savabı olacaq. Elə bu
axirət mükafatları və savablarına xatir dünyanın müsibətləri
axirətə inanan insanın nəzərində kiçik görsənir. Quranda belə
gəlmişdir:
َ
« باس ِ ح رْيَغب ْمُهرْجأ َنو ُ رباهصلا ىهفوُي امهنإ»
ِ
ِ ِ
َ
ِ
َ
- Zuxruf / 69-72 1