Page 265 - Islamic Studies 04
P. 265
264) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
zamanda Keys (zirək və zəkalı) ləqəbini də İmam Əlidən
(ələyhissalam) müsbət rütbə olaraq almışdı. Lakin İmam
Hüseynin (ələyhissalam) dövründə bu iki mücahidin yolu
maraqlı və düşündürücü olmaqla yanaşı, həm də ibrətamizdir.
Açar kəlmələr: Meysəm, Muxtar, imamət, mənəviyyat
Meysəm Təmmar
Yəhyanın oğlu Meysəm əvvəlcə Bəni Əsəd qəbiləsindən
olan bir qadının qulu idi. Həzrət Əli (ələyhissalam) onu alaraq
azad etdi. Meysəm, Peyğəmbərin (salləllahu ələyhi və alihi və
səlləm) dövründə yaşamışdır. Həmin dövrə aid hadisələrdə
Meysəmin adı çəkilməsə də, onu Peyğəmbərin (salləllahu
ələyhi və alihi və səlləm) səhabələrindən olduğunu deyiblər.
Meysəm Təmmar İmam Əli (ələyhissalam) ilə birlikdə
olduğu müddətdə O Həzrətdən bir çox qeybi xəbərlər eşitmiş
və bir çox hallarda bunu danışmışdır.
Meysəmin zülmkar hökumətə qarşı açıqlamaları və
təqdirəlayiq mövqeləri dövrün hökmdarlarını hiddətləndirdi və
Əməvilərə qarşı növbəti rüsvayçılığın qarşısını almaq üçün
onu həbs etmək istəyirdilər. Meysəm Təmmar vəzifəsini
yerinə yetirməkdə özünü ixtiyar sahibi bilmirdi və vəzifəsini
yerinə yetirmək üçün özünü məcbur hesab edirdi. Muxtar isə
vəzifəsini yerinə yetirmək hissindən uzaq olaraq, öz
məqsədinə uyğun məsləhətin nədə olduğunu düşündü və öz
iradəsi ilə vəzifəsini yerinə yetirməkdən imtina etdi.