Page 269 - Islamic Studies 04
P. 269
268) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
İbn Ziyad bir az sakitləşib dedi: - Əgər Əmrin şahidliyi
olmasaydı, sənin boynunu vurardım.
Sonra Muxtarı həbsə atmağı əmr etdi. İmam Hüseyn
(ələyhissalam) şəhid olanda Muxtar hələ də zindanda idi.
Muxtarın Yeziddən əfv diləməsi
Muxtarın Əməvi hökumətindən əfv istəməsi bununla
bitmədi. O, Zaidə ibn Qüdaməni bir daha gizli şəkildə
bacısının əri, Ömər ibn Xəttabın oğlu Abdullahın yanına
Mədinəyə göndərdi və ona dedi ki, əhvalatı Abdullaha danışsın
və Abdullah da Yeziddən onun haqqında əfv istəsin. Abdullah
Muxtarın bacısı Səfiyyənin əri idi. Yezid və digər Əməvilər
ona hörmət edirdilər. O, Yezidə məktub göndərdi və kürəkəni
olan Muxtar üçün bağışlanma dilədi. Yezid dərhal ibn Ziyada
məktub yazdı və əmr etdi ki, bu məktub sənə çatan kimi
Muxtarı həbsdən azad et! Ölüm ayağında olan Muxtar Yezidin
məktubu ilə xilas oldu.
İbn Ziyad onu çağırıb dedi: - Əgər əmirəlmömininin
(Yezidin) məktubu olmasaydı, səni öldürərdim. İndi get və
Kufədə qalma! Muxtar dedi: - Çox yaxşı, mən ümrə etmək
üçün Məkkəyə gedirəm.
O, bu bəhanə ilə ibn Zübeyrin yanına getdi. İbn Zübeyrin
adamları Muxtarı həbs edib zindana saldılar. Muxtar ikinci
dəfə həbs olundu. Muxtarın həbsinin Təvvabin qiyamı ilə eyni
vaxtda olduğu bildirilir. Muxtar yenə də həbsxanadan