Page 270 - Islamic Studies 04
P. 270
Meysəm Təmmar və Muxtar Səqəfinin oxşar və .../ (269
bacısının əri Abdullah ibn Ömərə məktub yazdı. Əvvəlki kimi
o, həbsdən buraxıldı, amma bu dəfə zəmanətlə.
İbn Zübeyrin zindanından xilas olan Muxtar hesablanmış
bir hərəkətlə qiyamı planlaşdırmağa başladı. Bir qrup şiə
başçıları və Təvvabin qiyamından sağ qalanlar onun tərəfindən
camaatdan beyət almağa başladı.
c) İki şəxsiyyətin müqayisəsi
1. Meysəm və Muxtar hər ikisi Əhli-beyt (ələyhimussalam) və
vilayət tərəfdarları idi. Biri dini təfsir və sözlə yayırdı, digəri
isə İslamın cəngavərlərindən idi.
2. İslamda bəsirət qılıncdan üstün tutulur. Meysəm Təmmar
şərəfli ömrünün sonlarında Həcc ziyarətinə yollandı və orada
Ümmü Sələmənin görüşünə getdi. Peyğəmbərin (salləllahu
ələyhi və alihi və səlləm) xanımı onun adını soruşdu. Meysəm
ona adını dedi. Ümmü Sələmə dedi: “Dəfələrlə eşitmişəm ki,
Allahın Rəsulu (salləllahu ələyhi və alihi və səlləm)
Əmirəlmömininlə (ələyhissalam) sənin barəndə danışırdı.”
Ümmü Sələmənin bu rəvayəti Peyğəmbərin (salləllahu
ələyhi və alihi və səlləm) nəzərində Meysəmin böyüklüyünə
işarə edir. Belə ki, dəfələrlə onun haqqında Əmirəlmömininlə
(ələyhissalam) danışmışdır.