Page 266 - Islamic Studies 04
P. 266
Meysəm Təmmar və Muxtar Səqəfinin oxşar və .../ (265
Meysəmin şücaəti
Meysəm Təmmar həbs edildikdən sonra onu Kufə valisi
Übeydullah ibn Ziyadın yanına apardılar. O, tam şücaətlə və
qorxmadan İbn Ziyadın qarşısında dayandı, haqqın batil
qarşısında müqavimətini və sarsılmazlığını bir daha göstərdi.
Übeydullah ondan soruşdu: - Allahın haradadır? Meysəm
dedi: - Allahım zalımların yolunu gözləyir və sən də onlardan
birisən.
Übeydullah Meysəmə təzyiq göstərdi ki, müttəqilərin
mövlası Əmirəlmöminini lənətləsin. Lakin Meysəm onun
tələbinə tabe olmadı və bu yolda bütün işgəncələrə dözdü.
İbn Ziyad dedi: - Eşitmişəm ki, Əli sənin necə öləcəyin
haqda xəbər verib. Miqdad dedi: - Bəli, Həzrət mənə buyurdu
ki, səni alçaq, muzdur və günahkar qadının oğlu həbs edəcək,
əllərini, ayaqlarını və dilini kəsəcək.
İbn Ziyad bu sözləri eşidəndən sonra qəzəbləndi və əmr
etdi ki, Meysəmin əl-ayağını kəssinlər, amma dilini
kəsməsinlər. O, beləliklə öz naqis düşüncəsi ilə İmam Əlinin
(ələyhissalam) yalanını üzə çıxarmaq istəyirdi.