Page 267 - Islamic Studies 04
P. 267

266) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               Meysəmin qiyamı


                    Əlləri  və  ayaqları  kəsilmiş  halda  dar  ağacından  asılmış
               Meysəm  Təmmar  fürsətdən  istifadə  etdi,  öz  mövlası  və

               rəhbərinə  son  dərəcə  sevgisini,  Əhli-beyt  (ələyhimussalam)
               düşmənlərinə isə qəzəb və nifrətini nümayiş etdirdi. O, həmin
               vəziyyətdə  danışmağa  başladı  və  yüksək  səslə  camaata  xitab

               edərək  dedi:  “Hər  kim  İmam  Əlinin  (ələyhissalam)  dəyərli
               hədisini eşitmək istəyirsə, yaxına gəlsin. Allaha and olsun ki,
               bu  gündən  Qiyamətə  qədər  baş  verəcək  hadisələrdən  sizə

               xəbər verəcəyəm və Qiyamətə qədər baş verəcək hər bir fitnə
               haqqında sizinlə danışacağam.”

                    Beləliklə,  onun  ətrafına  çoxlu  adam  toplaşaraq  sözlərinə

               qulaq asırdı. Bu xəbər Darul-İmərəyə çatanda İbn Ziyad onun
               ağzına  cilov  taxmağı  əmr  etdi. Lakin  Meysəm, zalım Əməvi
               hökumətini  ifşa  etməyə  davam  edirdi.  Bundan  sonra  İbn

               Ziyadın  əmri  ilə  onun  dilini  kəsdilər.  Bununla  da,
               Əmirəlmömininin (ələyhissalam) sözlərinin doğruluğu sübuta
               yetdi.





                Muxtar Səqəfi

                    Muxtar  da  Əhli-beyt  (ələyhimussalam)  aşiqi  idi.  Onun
               qılınc vurmaqda şücaət və igidliyi dillərə düşmüşdü. Muxtarın

               ümumi gücü  onun  qollarında  idi  və  vaxtı  tanımaqda  diqqətli
               olmadığı üçün bəsirət vasitələrini əldə edə bilmədi.
   262   263   264   265   266   267   268   269   270   271   272