Page 268 - Islamic Studies 04
P. 268
Meysəm Təmmar və Muxtar Səqəfinin oxşar və .../ (267
Muxtar, “Səqif” qəbiləsindən idi. Bu böyük qəbilə
Həvazindən və Taifin ərəb bölgəsinin qəbilələrindən sayılırdı.
Muxtarın atası Əbu Ubeydə Səqəfidir. O, Ömərin xilafətinin
əvvəlindən Taifdən Mədinəyə gəlmiş və orada
məskunlaşmışdır. Əbu Ubeydə, Ömərin dövründə Kəsra (İran)
ordusu ilə döyüşün böyük sərkərdələrindən sayılırdı.
Muxtarın məqsədəuyğunluğu düşünməsi
İmam Həsən Müctəbanın (ələyhissalam) zamanında
Müaviyənin təbliğat səs-küyünün təsiri altına düşən Muxtar,
adi həyatını yaşamağa başladı və İmam Həsən Müctəbaya
(ələyhissalam) kömək etməkdən imtina etdi. İmam Hüseynin
(ələyhissalam) zamanında da Həzrət Müslimə (ələyhissalam)
öz evində yer verməsinə, onun etibarlı dostu olmasına və
Müslüm ibn Əqilin ordusunu təchiz etmək üçün Kufə ətrafında
qiyam qaldırmasına baxmayaraq, təhlükə zamanı siyasi
məqsədəuyğunluğu əsas vəzifədən üstün tutdu və Əmrə dəstək
olmaq üçün İbn Ziyadın yanına getdi. İbn Ziyad Muxtarı
görəndə qışqırdı: - Əqilin oğluna kömək etməyə tələsən sən
idinmi? Muxtar şəhərdə olmadığı və gecəni Əmr ibn Harisin
yanında olduğu barədə and içdi. Əmr ayağa qalxaraq Muxtarı
müdafiə etdi, onun bu hadisələrdə iştirak etmədiyi və ona
sığınması barədə şəhadət verdi.