Page 271 - Islamic Studies 04
P. 271
270) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
3. Meysəm Təmmarın insanları agah etməsi və yorulmaz
mübarizəsi, haqqı çatdırması və İslam Peyğəmbərinin
(salləllahu ələyhi və alihi və səlləm) ailəsinə sevgisi onu yadda
qalan və sevimli bir şəxsiyyətə çevirdi. Belə ki, Meysəm
Məsum İmamlar (ələyhimussalam) tərəfindən də sevilmişdir.
Şəhidlər sərvəri İmam Hüseyn (ələyhissalam) həmişə
Meysəmi yaxşılıqla xatırlamışdır. Necə ki, Ümmü Sələmə də
Meysəmə deyir: “Ey Meysəm, Hüseyn həmişə səndən danışır.”
İmam Baqir (ələyhissalm) də buyurur: “Mən Meysəmi çox
sevirəm.” İmam Sadiq (ələyhissalam) da onun adını ehtiramla
yad etmiş və ona salam göndərmişdir.
4. Meysəm Təmmar maarifçiliklə və insanları agah etməkə
məşğul olduğu üçün şəhid oldu. Muxtar isə İbn Ziyad və
Yezidə qarşı ordu toplasa da, Yezidin və dostlarının əfvi ilə iki
dəfə zindandan azad edildi.
5. Meysəm Təmmar yoxsul bir ailədən idi. O, həm də əcəm idi
və irqinə görə ərəblər tərəfindən məsxərəyə qoyulurdu. Amma
Muxtar tanınmış nəslinə görə hətta Yezid hökumətində də
nüfuz sahibi idi.
6. Meysəmin bütün varlığı və sərvəti vilayəti müdafiə etmək
idi, hər vaxt müdafiə üçün uyğun şərait yaransaydı, bu işi
edirdi. Amma cəsur sərkərdə olan Muxtar, İbn Ziyadın həyasız
sözləri və gözünə batan qılıncı qarşısında bir söz demədi.
7. Muxtar siyasət adamı idi və öz siyasəti ilə Yezidin polis
mühitindən ağlabatan çıxış yolu axtarırdı. Öz susması və