Page 52 - Islamic Studies 04
P. 52
ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” ...(51
mahiyyəti, onun idrak kökü, dinin yer üzərində insanın əmələ
gəlməsinə münasibəti, cinlərin və mələklərin yaradılması,
kainatın əmələ gəlməsi və bir sözlə, din və təbiətşünaslıq
problemlərinə aid məqamlara toxunmuş və bunları
İslamdüşüncəsi çərçivəsində və elmi əsaslarla izah etməyə
çalışmışdır. O, dinin necə və nə zaman əmələ gəlməsini doğru-
düzgün başa düşmək və onun ictimai həyatdakı rolunu təyin
etmək üçün hər şeydən əvvəl elmə müraciət etməyin zəruri
olduğunu vurğulamışdır. Buna görə də müəllif əsərdə ilk öncə
elmə aid xüsusi fəsil açmış, orada Qurani-Kərimin ayələrini,
daha sonra isə hədisi-şərifləri yazmaqla başlamış, İslamın elmə
verdiyi dəyəri ön plana çəkmişdir. Əllamə Məclisi adı çəkilən
əsərində din və təbiətşünaslıq arasında olan münasibəti İslam
təfəkkürü çərçivəsində işıqlandıraraq elmlə dinin arasında heç
bir ziddiyyətin olmadığını, əksinə elmlə dinin vəhdət təşkil
etdiyini xalq kütlələrinə göstərmişdir.
Əllamə Məclisi əsərdə yerin və göyün yaradılması
haqqında böyük fəsillər açaraq əsərin 54-cü cildindən 63-cü
cildinə qədər olan məlumatları tam olaraq təbiətşünaslıq
problemlərinə həsr etmişdir. O, yerin və göyün yaradılmasını
1
mütləq ilahi qüdrətə bağlayaraq Onun izni olmadan heç bir
varlığın yarana bilməyəcəyini qeyd etmişdir. Həmçinin o,
elmin insanlara Allah tərəfindən verildiyini və onun ilahi
xarakterə malik olduğunu bildirmişdir. O, hər bir səmavi dinin
elm üzərində qurulduğunu, elmsiz heç bir ibadətin fayda
Həmin mənbə, c. 54, səh. 2; c. 60, səh. 95 , 130 1