Page 82 - Islamic Studies 04
P. 82

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(81


               ayələrdə Adəmin (ə) yaradılış keyfiyyətinin müxtəlif şəkillərdə
               təsvir edildiyini bildirmiş və onları: torpaq (turab) (Ali-imran,
               59), su  (mau), palçıq  (tin), tərtəmiz süzülmüş  palçıq  (sulalə

               min  tin)  (əl-Muminun,  12),  yapışqan  palçıq  (tini-ləzib)  (əs-
               Səffat,  11)  və  qurumuş  palçıq  (salsal)  (ər-Rəhman,  14)
                                       1
               şəklində sıralamışdır.

                     Əllamə  Məclisi  Adəmin  (ə)  belə  adlanması  haqqında
               yazır:  “Adəm  sözü  yer  üzünün  üst  torpağı  mənasındakı
               “ədimül-ərz” sözündəndir. Həvva (ə) sözü isə “hey” sözündən

               əmələ  gəlib  və  canlı  mənasındadır.  Çünki  o,  canlının
                                          2
               qabırğasından yaranıb”.

                     Bundan başqa o, Adəm sözünün digər mənaları haqqında
               da müxtəlif alimlərin görüşlərini qeyd etmişdir.


                     İlk  insanın  yaranması  ilə  əlaqədar  diqqəti  çəkən
               xüsuslardan  biri  də  elm  və  mədəniyyətin  məhz  ilk  insana
               verilməsidir. Bunu Allah Qurani-Kərimdə belə bəyan edir:   ملعو
                  متنك نإ ءلَؤه ء امسأب ينوئبنأ لاقف ةكئلَملا ىلع مهضرع مث اهلك ءامسلْا مدآ

               نيقداص-(Allah  Adəmi  yaratdıqdan  sonra)  Adəmə  bütün
               şeylərin  adlarını  (isimlərini)  öyrətdi.  Sonra  onları  (həmin
               şeyləri)  mələklərə  göstərərək:  “(İddianızda)  doğrusunuzsa,

                                                                3
               bunların adlarını Mənə bildirin!”- dedi”.



                                                            Fəxrəddin ər - Raz i, Təfsirül - Kəbir 1
               2  Əllamə Məclisi, Biharül-ənvar, c. XI, səh. 99

                                                                         Bəqərə surəsi, ayə 34 3
   77   78   79   80   81   82   83   84   85   86   87