Page 79 - Islamic Studies 04
P. 79
78) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var, -
1
dedik”.
İnsan oğlunun nə qədər şərəfli olduğunu Quran
ayələrindən açıq bir şəkildə görürük. O, hər şeydən öncə
Allahın xəlifəsidir. Əllamə Məclisi bu ayəni təfsir edərkən
Qazı Beyzavinin (öl.1286) təfsirinə istinad edərək yazırdı:
“Ayədə işlədilən xəlifə kəlməsi başqasının ardınca gəlmək
mənasındadır və bu sözdəki “ة-tə” hərfi isə mübaliğə üçün
istifadə olunub. Xəlifə dedikdə isə yer üzünü abadlaşdıranların
ardınca getmək və beləliklə, oranı abadlaşdırıb düzəltmək
mənasında ola bilər. Həmçinin mələklərin Allaha qarşı
ünvanladıqları sual etiraz və Adəm övladını pisləmək deyildir.
Onlar Allahın onlara əvvəlcə verdiyi xəbərdən, yaxudda lövhi-
məhfuz vasitəsilə onlara Adəm övladının yer üzündə fitnə-
2
fəsad törədəcəyini bilirdilər”. Allah ona yer üzündə öz adına
bəzi vəzifələri icra etməsi üçün güc və səlahiyyət vermişdir.
Bu səlahiyyət sadəcə Adəmə (ə) deyil, qiyamətə qədər gəlib
gedəcək bütün insanlara verilmişdir. Belə ki, başqa bir ayədə
belə buyurulur: “Sizi yer üzünün varisləri edən (bir-birinizin
3
yerinə gətirən) Odur”.
Xəlifənin xilafət məqamına layiq sifətlərlə hazırlanmış
olması lazımdır. Ayrıca ona xilafəti bəxş edənin nurundan
daşıması, hökm edəcəyi varlıqlardan üstün olması lazımdır.
İnsanın üstünlüyü, ilk öncə bilikli və ağıllı olmasından
Bəqərə surəsi, ayə 30, 36 1
Əllamə Məclisi, Biharül - ənvar, c. XI, səh. 97 2
əl - Fatir surəsi, ayə 3 9 3