Page 78 - Islamic Studies 04
P. 78

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(77


               bildiyim  şeyi  siz  bilmirsiniz!-  buyurdu.  (Allah  Adəmi
               yaratdıqdan  sonra)  Adəmə  bütün  şeylərin  adlarını  öyrətdi.
               Sonra  onları  (həmin  şeyləri)  mələklərə  göstərərək:

               (iddianızda)  doğrusunuzsa,  bunların  adlarını  Mənə
               bildirin! - dedi. Onlar: Sən paksan, müqəddəssən! (Bütün
               eyib və nöqsanlardan kənarsan) Sənin bizə öyrətdiklərindən

               başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət
               sahibi  Sənsən,  -  dedilər.  (Sonra)  O:  Ey  Adəm,  bunların
               (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!- dedi.
               (Adəm) onlara (mələklərə) onların adlarını xəbər verdikdə

               (Allah):  Mən  sizə,  göylərin  və  yerin  gözə  görünməyən
               sirrlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm,
               söyləmədimmi? – buyurdu. (Ya Peyğəmbər) biz mələklərə:

               Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə
               etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi
               və kafirlərdən oldu. (Sonra) Biz (Adəmə) dedik: Ey Adəm,

               sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı
               meyvələrdən  istədiyiniz  kimi,  bol-bol  yeyin,  yalnız  bu
               ağaca  (buğdaya)  yaxın  gəlməyin.  Yoxsa  (özünüzə)  zülm

               edənlərdən  olarsınız.  (Lakin)  Şeytan  onları  azdırıb
               (buğdadan  yedizdirməklə  nemətlər  içində)  olduqları  yerdən
               uzaqlaşdırdı.  Biz  də  (Adəmə,  Həvvaya  və  şeytana):  bir-

               birinizə  düşmən  kəsilərək  (buradan  kənar  olub  yer  üzünə)
               enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömürünüzün
   73   74   75   76   77   78   79   80   81   82   83