Page 84 - Islamic Studies 04
P. 84
ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” ...(83
Allahın “..Sizi tək bir kəsdən.”.ayəsi haqqında Təbərisi
deyir: “ ayədəki “nəfs” sözündə məqsəd Adəmdir (ə). “Ondan
zövcəsini yaratdı” ayəsində məqsəd əksər təfsirçilərə görə,
Adəmin (ə) aşağı qabırğasıdır. Peyğəmbərdən (s) belə rəvayət
olunur: “Qadın qabırğadan yaradılıb. Əgər onu düzəltmək
1
istəsən sınacaqdır.”.
Sonra müəllif İmam Cəfər Sadiqdən (ə) bunun əksini
bildirən bir hədis nəql etmişdir. Həmin hədisdə deyilir:
يتلا ةنيطلا لضف نم ءاوح قلخ الله نأ :)ع(رقابلا رف عج يبأ نع يورو
.مدآ اهنم قلخ
“Allah Həvvanı (ə) Adəmin (ə) yaradıldığı torpağın
2
qalığından yaradıb”.
Hədisi-şəriflərə nəzər salarkən görürük ki, Peyğəmbər (s)
bizə qadının yaradılışına dair bioloji biliklər vermişdir. Yəni
Həvvanın (ə) Adəmdən (ə) yaradilmasına dair məlumatlar
verərək həm də qadınla necə davranmaq lazım olduğunu bizə
3
öyrətmişdir.
Qurani-Kərimin başqa-başqa yerlərində insanın
yaradılması haqda keçən ayələr müxtəlif şəkildə açıqlanmışdır.
4
Məsələn, insanın tək bir nəfsdən yaradılması, bir tərəfdən ilk
insan nümunəsinin yaradılmasına işarə edərkən, digər cəhətdən
Əllamə Məcli si, Biharül - ənvar, c. XI, səh. 99 1
Həmin mənbə, c. XI, səh. 99 2
Səhihi - Buxari, Nigah - 80, 81 3
Nisa surəsi, ayə 1 4