Page 85 - Islamic Studies 04
P. 85

84) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               isə  bununla  bütün  insanlığın  ortaq  ana-atadan  gəldiyi

               xatırladılaraq  insanların  qardaşca  yaşamalarının  zəruriliyi
               bildirilməkdədir. Buradan məlum olur ki, eyni nəsil və kökdən
               gələn  insanların  nəsil  və  nəsəblə  öyünmələrinin  bir  mənası

               yoxdur.  Ümumiyyətlə  yuxarıdakı  ayədə  keçən  “nəfs”
               kəlməsindən  məqsəd  Adəmdir  (ə).  Ancaq  eyni  ayənin
                                                                                     1
                             ا
               davamında   َهْنِم  َقَلَخ َ واَهَج ْ وَز“zövcəsini  də  ondan  yaratdıq”
               cümləsini  “onun  cinsindən”  şəklində  məna  verənlər
               olmuşdur.  Bu  təfsirə  görə,  Həvva  (ə)  ilk  insanın  bədənindən
               deyil,  onun  da  əsli  olan  torpaqdan  yaradılmasıdır.  Bu  görüş

               haqqında Əllamə Məclisi İmam Məhəmməd Baqirdən (ə) belə
               bir hədis rəvayət edir: “Allah Adəmi (ə) onu yaratdığı torpağın
                                      2
               qalığından  yaratdı”.   Həmçinin  Allah  taalanın    Adəmi  (ə)
               torpaqdan  yaradmağa  qadir  olduğuna  görə,  Həvvanı  (ə)  da
               torpaqdan  yaradmağa  qadirdir.  Belə  olduqda  Həvvanın  (ə)
               Adəmin  (ə)  qabırğa  sümüyündən  yaradıldığını  deməyin  bir

                                  3
               mənası  yoxdur.   Əllamə  Məclisi  ayədə  keçən  “min”  ön
               qoşmasının  səbəb  mənasında  olduğu  və  belə  olduğu  halda
               ayənin  “Həvvanı  (ə)  Adəmə  (ə)  görə  yaradıldığı”  mənasında
                                                                       4
               izah edilə biləcəyi ehtimalını da irəli sürmüşdür.  Beləliklə də
               o,  Həvvanın  (ə)  Adəmin  (ə)  qalan  palçıqdan  yaradıldığı
               fikrinin mümkün olduğunu qeyd etmişdir.


                     Ola  bilsin  ki,  müəllif  bu  növdən  olan  hədislərin
               deyilməsində məqsədin əziyyət verməklə qadını istənilən şəklə

                                                                            Nisa surəsi, ayə 1 1
                                                      Əllamə   Məclisi, Biharül - ənvar, c. XI, səh. 99 2
               3  Fəxrəddin ər-Razi, Təfsirül-Kəbir, c. VII, səh. 311

                                                     Əllamə Məclisi,  Biharül - ənvar, c. XI, səh. 103 4
   80   81   82   83   84   85   86   87   88   89   90