Page 80 - Islamic Studies 04
P. 80

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(79


               qaynaqlanır.  Allah  insana  mələklərin  belə  bilmədiklərini
               öyrətmişdir. İnsanın digər əsas xüsusiyyətlərindən biri də iradə
               sahibi  olmasıdır.  Sadəcə  insana  verilən  bu  sərbəst  iradə  onu

               cavabdeh  bir  varlıq  halına  gətirmişdir.  Allahdan  insana
               yönəlmiş  olan  əmr  və  qadağalar  onun  azad  olduğuna  dəlalət
               edir.  Çünki  iradəsi  və  azadlığı  olmayan  kimsəyə  əmr  və

               qadağanın  söylənməsi  düşünülə  biməz.  Mələklərdə  və  digər
               canlılarda  insanların  sahib  olduğu  iradə  və  hürriyyət
                                                                                1
               olmadığına görə onlar insan qədər cavabdehlik daşımırlar.

                     İnsanın  palçıqdan  yaradılmasını  elm  də  dəstəkləyir.
               Çünki  insan  bədənini  təşkil  edən  elementlər  torpağın
               məhsuludur. İnsan yer üzündən götürülmüş bir ovuc palçıq və

               Allahın  ruhundan  üfürülmüş  bir  nəfəsdən  ibarətdir.  Palçıq
               bədəni,  İlahi  nəfəs  isə  ruhu  təmsil  edir.  İnsana  ruhun
               üfürülməsi İlahi bir sirdir və bunun keyfiyyətini heç kəs dərk

               edə  bilməz.  Ancaq  bunu  söyləmək  olar  ki,  Yaradanına  iman
               gətirməsi,  şükr  edərək  Ona  yönəlməsi,  dünyada  Allahın
               iradəsinə  uyğun  hərəkət  etməsi,  xeyir  və  haqq  sevgisi,

               doğruluq və ədalət kimi əxlaqi xüsusiyyətlərlə bəzənməsi üçün
               Allah  insanı  bu  İlahi  ruhla  dəstəkləmişdir.  Bu  ruhdan  ilk
               düşünülən  məqsəd  canlılıq  deyildir.  Çünki  heyvanlar  da

               insanlar kimi canlılıq dəyərini daşıyırlar. Əgər ruhdakı məqsəd
               canlılıq  olsaydı,  insanın  digər  canlılardan  fərqi  olmazdı  və
               Allah  mələklərə      Adəmə  (ə)  səcdə  etmə  əmrini  verməzdi.
               İslama görə, insan yaradılmışların ən şərəflisi olmaqla yanaşı,


                                                      Əllamə Məclisi, Biharül - ənvar, c. XI, səh. 98 1
   75   76   77   78   79   80   81   82   83   84   85