Page 104 - Islamic Studies 04
P. 104
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (103
qövmün xüsusiyyəti və əzab növü haqqında oxşar məlumatlar
verilir.
Musa peyğəmbərin (ə) qırmızı dənizi ikiyə bölməsi
Quranda adı çox çəkilən peyğəmbərlərdən biri də, Musa (ə)
peyğəmbərdir. Uca yaradanımız olan Allah Quranın müxtəlif
surə və ayələrində, Musa peyğəmbərin (ə) doğulduğu gündən,
peyğəmbərliyə seçildiyi günə qədər və başına gələn bir çox
hadisələr barədə ətraflı məlumat verdib.
Musa peyğəmbər (ə) haqqında nazil olan ayələri oxuyanda,
görürük ki, Allah Musa peyğəmbərin (ə) doğulub, Fironun
sarayında inanılmayan və möcüzəvi şəkildə böyüməsini ətraflı
olaraq açıqlayır. Firon Musanın (ə) dünyaya gəldiyi ildə
doğulmuş bütün oğlan uşaqlarını qətl etməyi əmr etydiyi
halda, Musa (ə) Fironun sarayında böyüyür, peyğəmbərliyə
seçilənə qədər Fironun gözü önündə və həmin sarayda yaşayır
və sonda Fironun zülmlə dolu olan hakimiyyətini alt-üst edir.
Musa peyğəmbərin (ə) İsrail oğulları ilə birgə Misir və
Fironun sarayından çıxıb, qırmıza dənizə tərəf hərəkət etməsi
və qırmızı dənizin ikiyə bölünməsi, həmçinin Musa
peyğəmbərin (ə) digər möcuzələri haqqında Quranda geniş
məlumat verilib.
Burada ortaya belə bir sual çıxır ki, Musa peyğəmbərin (ə)
möcüzələri haqqında elmi tədqiqatçılar necə düşünür? Yəni
günümüzdəki alim və tədqiqatçılar Musanın (ə) möcüzələrinə,
o cümlədən dənizi ikiyə ayırma hadisəsinə necə baxır? Bu
suala cavab vermədən öncə, Musa peyğəmbərin (ə)
möcüzələrindən sadəcə birini misal gətirmək məntiqə daha
uyğun olardı. Çünki bir qədər əvvəldə qeyd etmişdik ki, Musa
peyğəmbərin (ə) çox sayda möcüzələri olub və onların hər
birinə elmi baxımından yanaşsaq, yazı çox uzanar. Bunu