Page 16 - Islamic Studies 05
P. 16

15) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               düşə  bilər  və  hər  bir  kateqoriaya  aid  olan  insanlar  Quran
               ayələrini öz bilgiləri səviyyəsində dərk edib, başa düşə bilər.


                 Həmçinin  oxuduğumuz  ayələrə  diqqət  etsək,  görərik  ki,
               ayələrin hər birində fərqli mövzulara aid mənalar var.

                 Misal  üçün  Allah  cümə  surəsinin  2-ci  ayəsində  buyurur:
               Ümmilərə  (yazıb-oxumaq  bilməyən  ərəblərə)  özlərindən
               onlara  Allahın  ayələrini  oxuyan,  onları  (şirkdən)  təmizləyən,
               onlara  Kitabı  və  hikməti  öyrədən  bir  peyğəmbər  göndərən
               Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində
               idilər.

                 Diqqət  etsək,  görərik  ki,  Allah  ayənin  əvvəlində
               Peyğəmbərin  (s.ə)  haqqında  danışır,  daha  sonra  fəlsəfə  və
               hikmətə işarə edir, ayənin sonunda isə Allah tarixi bir həqiqətə
               işarə edib, müşrik və kafirlərin peyğəmbərdən (s.ə) öncə açıq-
               aydın bir zəlalət içində olduqlarını xatırladır.


                 Yəni Quran ayələri elə bir xüsusiyyətə malikdir ki, o ayələri
               həm  filosoflar,  həm  müəllimlər,  həm  həkimlər  həmdə  adi
               insanlar dərk edib, başa düşə bilər.

               Quranda irfani ayələr

               İrfan barədə qısa anlayış


                 İrfan ərəb sözüdür və “böyük və əhatəli bilik” mənasındadır.
               Yəni  İrfan  sözü  biliyin  çox  olduğunu  ifadə  edir.  İrfan  sözü
               ümumi mənada həyatın və insanlığın mahiyyəti, dünyada baş
               verən hadisələrin hikməti, uca yaradan olan Allahın varlığının
               və sifətlərinin təhlili haqqında bilik və düşüncələrin məcmusu
               kimi qəbul edilir. Bunu da unutmamalıyıq ki, İrfan quru elm
               deyil,  həmçinin  dünyagörüşüdür.  Çox  zaman  “irfan”  sözü
   11   12   13   14   15   16   17   18   19   20   21