Page 150 - Islamic Studies 05
P. 150

149) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               bilər.  Şübhəsiz,  əxlaqi  vacib  və  haramın  hüquqi  vacib  və
               haram kimi özünə münasib təsiri vardır. Buna görə hər hansı
               bir günahsız insanın qətlinə razı olan şəxs əxlaqi cəhətdən bu
               cinayətdə  iştirak  etmişdir.  Yəni  hüquqi  cəhətdən  cinayətdə
               iştirak  etməməsinə  baxmayaraq,  Allah  qarşısında  o  da  bu
               məsuliyyətə cəlb olunur. Allah-təala buyurur:
                     “...Siz   ürəyinizdə      olanı    zahirə     çıxarsanız      da,

               çıxarmasanız  da,  Allah  ona  müvafiq  sizinlə  haqq-hesab
               çəkər...”(«Bəqərə»-284).
                     Deməli,  düşüncə  və  meyllər  də  insan  əməllərinin  bir
               hissəsi     kimi    hesab      olunub     Allah-təala      dərgahında
               araşdırılacaqdır.
                     “Günaha  razı  olan  şəxsə  bir,  əməli  surətdə  onu  həyata
               keçirənə isə iki günah yazılır” kimi bəzi hədislər mövcuddur.
               Buradan  məlum  olur  ki,  günah  işlədən  iki,  günahın
               gerçəkləşməsinə qəlbən razılıq verən isə bir günaha batmışdır.
                     Bu  mövzuya  aid  aşağıdakı  ayə  və  rəvayətlərə  diqqət
               yetirin.



                        •                      İnancın niyyətdə təsiri

                     Hədislərdə söylənildiyi kimi, möminin niyyəti əməlindən
               daha yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir.1
                     İndi isə belə bir sual meydana çıxır. Əgər niyyət əməlin
               başlanğıcı,  əməl  isə  pis  və  ya  yaxşı  təsir  bağışlayan  əsas
               amildirsə,  onda  niyyət  əməldən  necə  pis,  yaxud  yaxşı  ola
               bilər?  Əgər  niyyət  əməldən  yaxşıdırsa,  onda  biz  hər  gün
               dəfələrlə  cihad  və  şəhadət,  fədakarlıq,  gecələri  oyaq  qalıb
               ibadət niyyəti etsək, əmələ bir daha ehtiyac qalmırmı?
                     Cavab:

                                                                 “      Üsuli - kafi ”   /  c   II  səh - 84. 1
   145   146   147   148   149   150   151   152   153   154   155